Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov və institut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Azərbaycan Texniki Universitetində “COP29: iqlim dəyişikliyi qlobal təhlükənin mənbəyidir” mövzusunda təşkil etdiyi konfransda iştirak edib.
S.Səfərov tədbirdə mövzu ətrafında məruzə ilə çıxış edərək iqlim dəyişikliklərinin ətraf mühitə, təbiətə, kənd təsərrüfata, ekologiyaya vurduğu ziyanlardan, insan orqanizminə təsirindən və s. danışıb, COP29-da qəbul ediləcək qərarların vacibliyindən və nəticələrinin əhəmiyyətindən söhbət açıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.