Qazaxıstanın Aktobe şəhərinin Mərkəzi vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin təntənəli açılış mərasimi keçirilib.
Sözügedən guşədə xalqımızın ictimai-siyasi xadimlərinin, tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tolerantlıq ənənələrini, bölgələrini, turizm potensialını əks etdirən kitablar, jurnallar müxtəlif nəşrlər sərgilənir və tədbir iştirakçıları üçün ətraflı məlumatlar təqdim olunur.
Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən xüsusi dəstəyə görə, Aktobe vilayətinin qubernatoru-akimi Asxat Şaxarova, Azərbaycan Milli Elmlər Akademiyasına və AMEA Mərkəzi Elmi Kitabxanasına, eləcə də Aktobe vilayət Kitabxanasının rəhbərliyinə, Azərbaycan icmasına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.