Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2024 11:39
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları İqlim Fəaliyyəti İnnovasiya Forumunda iştirak ediblər

AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları İqlim Fəaliyyəti İnnovasiya Forumunda iştirak ediblər

Bakıda COP29 çərçivəsində İqlim Fəaliyyəti İnnovasiya Forumu keçirilib.

Forumda dövlət və özəl sektorlardan 2000-dən çox qlobal iqlim liderinin iştirakı ilə iqlim böhranı problemlərinin təcili həlli məqsədilə innovasiya ekosisteminin inkişafı üçün perspektivlər müzakirə edilib.

Əsas tədbirlər zamanı  (Davamlı İnnovasiyalar Forumu 2024, Hidrogen Keçid Sammiti və Aqro-Ərzaq Sistemləri Sammiti) diqqət mərkəzində olan əlavə tədbirlər və dəyirmi masalarla yanaşı, yüksək səviyyəli dialoqlara şərait yaradılıb, irəli sürülən təkliflərin və planların həyata keçirilməsini sürətləndirmək üçün geniş müzakirələr aparılıb.

AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə və baş mütəxəssisi biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva forumun “Climate Leader Pass” qismində iştirak ediblər.

Aqro-Qida Sistemləri Sammitinin panel sessiyasında müzakirələr zamanı b.e.d. T.Qasımzadə karbon emissiyaları ilə əlaqədar bir sıra ölkələrdə tətbiq olunan yeni karbon vergisi haqqında məsələni gündəmə gətirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: