Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2024 16:34
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Elmi şuranın illik hesabata həsr olunan iclası keçirilib

Fizika İnstitutunda Elmi şuranın illik hesabata həsr olunan iclası keçirilib

Fizika İnstitutunun Elmi şurasının illik hesabatına həsr olunan iclası keçirilib.

İclası institutun baş direktoru, akademik Arif Həşimov açaraq  qeyd edib ki, 2024-cü ildə Fizika institutunun əməkdaşları səmərəli elmi fəaliyyət göstərib, müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işləri yerinə yetiriblər. A.Həşimov bildirilib ki, cari ildə institutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.

Daha sonra institutun Ümumi sektorunun rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Nadir Abdullayevin hesabat məruzəsi dinlənilib. N.Abdullayev çıxışında bildirib ki, cari ildə sektor əməkdaşlarının 72 məqaləsi (respublika 32, xarici 40) çap olunub. O, 34 məqalənin impakt faktorlu jurnalda çap olunduğunu qeyd edib. Bildirib ki, hesabat ilində rəhbərlik etdiyi sektorun əməkdaşları 85 konfransda iştirak ediblər. Onlardan 31-i respublika, 54-ü isə beynəlxalq konfrans olub. Sektorda 18 mərhələ üzrə iş aparılıb. Hesabat ilində Ümumi sektorda əməkdaşların məqalələrinə 496 istinad, 3 kitab çap, 1 patent  əldə olunduğu bildirilib.

Hesabat iclası İnnovasiya sektorunun rəhbəri fizika-riyaziyyat elmləri doktoru Şıxəmir Eminovun çıxışı ilə davam edib. Ş.Eminov hesabat ilində sektorda 118 məqalənin çap olunduğunu bildirib. Qeyd edib ki, onlardan 38-i respublikada, 80-i xaricdə dərc olunub. Ş.Eminov rəhbərlik etdiyi sektorda 78 elmi işin impakt faktorlu jurnalda çap olunduğunu vurğulayıb. Hesabat ilində əməkdaşların məqalələrinə 1595 istinad olunub. O, cari ildə 46 tezisin (respublikada 15, xaricdə 31) dərc olunduğunu bildirib. Sektorda 1 patent, 2 kitab, 3 qrant var.

Fənnlərarası sektorun rəhbəri, akademik Cavad Abdinov hesabat məruzəsi ilə çıxış edib.  Bildirib ki, hesabat ilində sektorun  əməkdaşları 67 məqalə çap ediblər. Xarici jurnallarda 45, Respublikada 22 məqalə dərc olunub. Qeyd edib ki, 38 məqalə impakt faktorlu jurnalda çap olunub. Sektorun əməkdaşlarının 29 konfransda (15 respublika, 14 beynəlxalq ) iştirak etdiyi vurğulanıb. O, rəhbərlik etdiyi sektorda elmi işçilərin məqalələrinə 309 istinad olunduğunu, h-indeks sayının 103 olduğunu bildirib.

Hesabat ilində sektorda hesabat ilində 8 mərhələ üzrə iş aparılıb. Akademik  qrant sayının 1 olduğunu bildirib.

Sonda şöbələrin hesabatı dinlənilib. Sektor və şöbələr üzrə hesabatlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: