Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2024 14:08
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Almaniyada elmi ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Almaniyada elmi ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının e.i Çiçək Seyidova 01.11.24-cü il tarixindən bir ay müddətinə elmi təcrübə keçmək üçün Almaniyanın Karlsruhe Texnologiya İnstitutunda ezamiyyətdə olub.

Bu müddətdə Prof. Dr. Patrick Theatonun rəhbərliyi altında tədqiqat işləri aparıb. Layihə çərçivəsində Polivinilpirrolidon (PVP) və akril turşusu istifadə edərək müxtəlif nisbətlərdə yeni sopolimer nümunələr hazırlanıb. Hazırlanan nümunələrin tərkibi və strukturu NMR (Nüvə Maqnit Rezonansı), İQ (Infraqırmızı Spektroskopiya) kimi müasir analiz metodları vasitəsilə geniş şəkildə öyrənilib.

Tədqiqatın əsas məqsədi yeni materialların hazırlanması və onların potensial tətbiq sahələrinin müəyyən edilməsidir. Əldə edilən nəticələr göstərir ki, bu sopolimerlər materialşünaslıq, əczaçılıq və ətraf mühitin qorunması kimi sahələrdə yeni imkanlar təqdim edə bilər. Çiçək Seyidova, həmçinin eksperimentlərdə müxtəlif inisiator və tikici agentlərin təsirini araşdıraraq, sopolimerlərin fiziki və kimyəvi xüsusiyyətlərini təkmilləşdirməyə çalışmışdır.

Bu beynəlxalq əməkdaşlıq Çiçək Seyidova elmi bilik və təcrübəsinin artırılmasına mühüm töhfə verməklə yanaşı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi fəaliyyətlərinin tanıdılması baxımından da böyük əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: