“Tədqiqlər” jurnalının 2024-cü il üçün 3-cü və 4-cü nömrələri işıq üzü görüb.
Məcmuənin yeni nömrələrində Azərbaycan dilçiliyi, ümumi dilçiliyin tədqiqinə aid müxtəlif məqalələr yer alıb.
Jurnalda mərhum professor Aydın Ələkbərov haqqında professor İsmayıl Məmmədlinin “Nekroloq”u və “filologiya elmləri doktoru Kamilə Vəliyevanın “Türk dünyasının fenomeni Aydın Qulam oğlu Ələkbərov xatirələrdə” məqalələri öz əksini tapıb.
Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul katib filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.
Tədqiqlər” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.