Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” kitabı işıq üzü görüb
11.12.2024 16:26
  • A-
  • A
  • A+

“Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi Ofelya Nağıyeva-İsmayılovanın “Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” (məqalələr toplusu) kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 5 dekabr 2023-cü il tarixli qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Ön sözün müəllifi və rəyçisi filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, digər rəyçisi isə filologiya elmləri doktoru, dosent Lyudmila Səmədovadır.

296 səhifəlik kitabda müəllif rus dilindən Azərbaycan dilinə edilmiş tərcümələrin tarixinə nəzər salır, onların variant müxtəlifliyi, güclü və zəif cəhətlərinin bəzi səciyyəvi xüsusiyyətlərini araşdırır, orijinalın fikir və obrazlar sistemi daxilində tərcüməçinin yaradıcılıq axtarışlarını təhlil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: