Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.12.2024 14:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı doktorantların və gənc tədqiqatçıların respublika konfransında iştirak edib

Ədəbiyyat İnstitutunun əməkdaşı doktorantların və gənc tədqiqatçıların respublika konfransında iştirak edib

Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 10-11 dekabr 2024-cü il tarixlərində sözügedən universitetdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” respublika elmi konfransı keçirilir.

Konfransda AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Günay Oruczadə “Azərbaycan atalar sözlərinin erməni folkloruna təsiri” adlı məruzə ilə çıxış edib.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırıb.

Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: