Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.12.2024 16:12
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri beynəlxalq konqresdə iştirak edib

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri beynəlxalq konqresdə iştirak edib

Bakı şəhərində Beynəlxalq Senoloji Cəmiyyətinin Azərbaycan Regional Konqresi (Senologic International Society Regional Congress - SIS) keçirilib.

Konqresdə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Obyektlərin texniki vəziyyətinin identifikasiyası texnologiyaları və sistemləri laboratoriyasının müdiri, professor Nailə Musayeva SIS-in prezidenti, professor Vahit Özmenin xüsusi dəvəti ilə iştirak edib. Konqresdə dünyanın qabaqcıl 14 ölkəsindən 100-dən çox alim iştirak edib.

Tədbirdə Harvard Tibb Məktəbi Massaçusets Ümumi Xəstəxanasının Mədə-bağırsaq və Onkoloji Cərrahiyyə Departamentinin professoru Tolga Özmenin “Süni intellekt və döş xərçəngi” mövzusunda məruzəsi xüsusi maraqla qarşlanıb.

Qeyd edək ki, 1976-cı ildə Strasburqda yaradılan SIS 5 qitədə yerləşən yüzdən çox elmi cəmiyyət, assosiasiya və qrupdan ibarət süd vəzilərinin sağlamlığı və xəstəliklərin həlli ilə məşğul olan unikal cəmiyyətdir. Cəmiyyət tərəfinfən silsiləvi oıaraq sözügedən sahədə aparılan elmi tədqiqatların ən son nailiyyətlərinə dair dünya konqresləri təşkil edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: