Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hindistanlı alim: Asiyanın fərqli ölkələrinin ədəbiyyatşünaslarını bir araya toplayan “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətlidir
17.12.2024 16:04
  • A-
  • A
  • A+

Hindistanlı alim: Asiyanın fərqli ölkələrinin ədəbiyyatşünaslarını bir araya toplayan “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətlidir

Gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, Asiyanın fərqli ölkələrində ədəbiyyatla bağlı tədqiqatlar aparan alim və mütəxəssislərin bir araya toplaşması baxımından “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətlidir.

Bunu “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad bildirib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən hindistanlı qonaq Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu söyləyib. O, Bakının bəzi tarixi yerlərini, muzeylərini ziyarət etdiyini, Bakının qədimliyini qorumaqla müasir bir şəhərə çevrildiyini bildirib. Qeyd edib ki, burada qədim binalar müasir tikililərlə vəhdət təşkil edir.

Beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən dosent Nouşad vurğulayıb ki, bu konfrans bizə gələcəkdə birgə işləmək, əlaqələrimizi daha da möhkəmləndirmək baxımından böyük üstünlüklər verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: