AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Ali Baş Komandan, Prezident İlham Əliyevin COP29 siyasətinə həsr edilmiş “COP29 under the leadership of President Ilham Aliyev will open the door to a green world” adlı məqaləsi Yaponiyanın Osaka şəhərində nəşr olunub.
Məqalədə bildirilib ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar qəbul edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu ekoloji siyasəti nəticəsində davamlı inkişaf və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində xeyli işlər görülüb.
Beynəlxalq forumlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və IDEA İctimai Birliyinin sədri Leyla Əliyeva ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və s. sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edərək dünya ictimaiyyətinin diqqətini bu cür problemlərin həllinə cəlb edir.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl artım”ın təmin edilməsi üçün misilsiz xidmətdir.
“Bakıda keçirilən COP29 önəmli qərarların qəbulu üzrə mühüm platforma oldu. Bütün bunlar Azərbaycanda inkişafın uğurları, COP29-dan dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir”, - deyə məqalədə bildirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.