Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vyetnamın Hanoy Universitetinin professoru: “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” beynəlxalq konfransı Vyetnam və Azərbaycan arasında ədəbi əlaqələrin dinamik inkişafı üçün müstəsna rol oynayacaq
17.12.2024 17:05
  • A-
  • A
  • A+

Vyetnamın Hanoy Universitetinin professoru: “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” beynəlxalq konfransı Vyetnam və Azərbaycan arasında ədəbi əlaqələrin dinamik inkişafı üçün müstəsna rol oynayacaq

Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans Vyetnam və Azərbaycan arasında ədəbi əlaqələrin dinamik inkişafı üçün müstəsna rol oynayacaq.

Bunu sözügedən beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien bildirib.

Aktual məsələlərin müzakirəsi baxımından Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransı yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin bütün iştirakçılar üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, tədbirdə "Vyetnam və italyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma” mövzusunda məruzə ilə çıxış etdiyini deyib.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən Nguyen Van Çien Bakıda qədim ənənələrin müasirliklə ahənginin onda xoş təəssüratlar oyatdığını bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: