Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin alimləri dünyanın ilk uçan və su altında üzən dronunu hazırlayıblar
23.01.2025 16:23
  • A-
  • A
  • A+

Çin alimləri dünyanın ilk uçan və su altında üzən dronunu hazırlayıblar

Çinin Şanxay İntellektual Avtonom Sistemlər və Tədqiqatlar İnstitutu, Tongji Universiteti və Honq-Konq Çin Universitetinin İnsansız Sistemlər Tədqiqat Qrupunun alimləri tərəfindən həm su altında üzmək, həm də uçmaq qabiliyyətinə malik dünyanın ilk pilotsuz uçuş aparatı (PUA) hazırlanıb.

Bu barədə Çinin South China Morning Post (SCMP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, unikal qatlanan qanad dizaynına malik dron bir uçuşda hava və su məkanı arasında bir neçə dəfə yerini dəyişə bilir. Pilotsuz təyyarə effektiv sualtı naviqasiya və havada yüksək manevr qabiliyyətini birləşdirir. Bu isə onun maskalanma və xilas olma imkanlarını xeyli artırır.

Nəşrin məlumatına görə, pilotsuz təyyarə dəniz kəşfiyyatı və zərbələr üçün istifadə oluna bilər.

Dron çin dilində "uçmaq" mənasını verən “Feiyi” adlandırılıb.

en.iz.ru

  • Paylaş: