Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gəncə Bölməsində “AMEA - 80” mövzusunda respublika konfransı keçiriləcək
28.01.2025 15:10
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “AMEA - 80” mövzusunda respublika konfransı keçiriləcək

28 fevral 2025-ci il tarixində AMEA-nın Gəncə Bölməsində “AMEA - 80” mövzusunda elmi-nəzəri respublika konfransı keçiriləcək. Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən hər kəs iştirak edə bilər.

Konfransın  istiqamətləri:

- Gəncə ədəbi mühiti: Nizami Gəncəvidən müasir dövrümüzə qədər;

- AMEA - 80 il ərzində Azərbaycan tarixşünaslıq elminin inkişaf tarixi;

- Azərbaycanın Qərb bölgəsinin ədəbi mədəni mühiti;

- Gəncə Bölməsinin Regional Əməkdaşlıq Strategiyası: keçmiş və gələcək;

- AMEA-nın gənc alimlərə dəstək proqramları: keçmişdən gələcəyə;

- Qərb bölgəsinin xammal və sənaye tullantılarının ekoloji problemləri;

- Qərb bölgəsinin biomüxtəlifliyinin tədqiqi və səmərəli istifadəsi;

- Aqrar sahənin inkişafı üçün mövcud problemlərin araşdırılması, onların aradan qaldırılması elmi-əsaslandırılmış işlərin istehsalata tətbiqi;

- Azərbaycanın Qərb hissəsi florasının müasir vəziyyəti.

Konfransın rəsmi dili: Azərbaycan

Konfrans materiallarının tərtibatına dair tələblər:

Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,15 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.

Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı və ünvanı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır.

Konfrans materialının (məqalə və ya tezislərin) mətni ən azı 3 səhifə həcmində olmalıdır; - mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Xülasə: 150 sözdən çox olmamalı, açar sözlər minimum 5 söz (azərbaycan, rus və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir.

Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.

Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə elektron variantında AMEA-nın Gəncə Bölməsinin  e-mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

Məqalələrin son göndərilmə tarixi: 22 fevral 2025-ci il

Qəbul bildirişi üçün son tarix: 25 fevral 2025-ci il

Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransın keçiriləcəyi ünvan: AZ 2000, Heydər Əliyev prospekti  419.

Tel.: (+994 55) 795 44 85

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: