Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fevral ayının 1-i akademik Cəlal Əliyevin anım günüdür
31.01.2025 13:35
  • A-
  • A
  • A+

Fevral ayının 1-i akademik Cəlal Əliyevin anım günüdür

Görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin vəfatından 9 il ötür.

Əli­yev Cə­lal Əlir­za oğ­lu 30 iyun 1928-ci il­də Nax­çı­van şə­hə­rin­də ana­dan ol­muş­dur. Nax­çı­van Mü­əl­lim­lər İns­ti­tu­tu­nun Tə­bi­ət­şü­nas­lıq-coğ­ra­fi­ya fa­­kül­­tə­­si­­ni (1944), Azər­­bay­­can Döv­­lət Uni­­ver­­si­­te­­ti­­nin Bi­o­­lo­­gi­­ya fa­­kül­­tə­­si­­ni (1951) fərq­­lən­­mə dip­­lo­­mu ilə bi­­tir­­miş­­dir. 1955-ci il­də “Bit­­ki fi­­zi­o­­lo­­gi­­ya­­sı” ix­­ti­­sa­­sın­da “Buğ­da­nın in­ki­şa­fı­na və məh­sul­dar­lı­ğı­na mik­roe­le­ment­lə­rin tə­si­ri” möv­zu­sun­da bio­lo­gi­ya elm­lə­ri üz­rə na­­mi­­zəd­­lik, 1971-ci il­də “Bit­ki­lə­rin fo­to­sin­tez fəa­liy­yə­ti, mi­ne­ral ele­ment­lər­lə qi­da­lan­ma­sı və məh­sul­dar­lı­ğı” möv­zu­sun­da bio­lo­gi­ya elm­lə­ri üz­rə dok­tor­luq dis­­ser­­ta­­si­­ya­­la­­rı­nı mü­­da­­fiə et­­miş, pro­­fes­­sor (1997) el­­mi adı­nı al­­mış­­dır. Azər­­bay­­can SSR EA-nın müx­bir üz­vü (1976), hə­qi­qi üz­vü (1980), Ru­si­ya Kənd Tə­sər­rü­fa­tı EA-nın (1995), Uk­ray­na və Be­la­rus Aq­rar EA-la­rı­nın (1996) xa­rici üz­vü se­çil­miş­dir.

El­mi fəa­liy­yə­ti­nə 1951-ci il­də AR KTN ET Əkin­çi­lik İns­ti­tu­tun­da baş­la­yan C.Əli­yev bu­ra­da Bit­ki fi­zio­lo­gi­ya­sı və bio­tex­no­lo­gi­ya şö­bə­si­nin mü­di­ri və­zi­fə­si­nə qə­dər yük­səl­miş­dir. O, ey­ni za­man­da 1971-ci il­də Azər­bay­can SSR EA Bo­ta­ni­ka İns­ti­tu­tun­da el­mi təd­qi­qat qru­pu ya­radaraq, bö­yük kadr po­ten­sia­lı və mad­di-tex­ni­ki ba­za­sı olan Bio­lo­ji məh­sul­dar­lı­ğın fun­da­men­tal prob­lem­lə­ri şö­bə­si­nə  qə­dər in­ki­şaf et­dir­miş, 1990-cı il­dən öm­rü­nün so­nu­na­dək həmin şö­bə­yə rəh­bər­lik et­miş­dir. 2016-cı il­də bu şö­bə­­nin ba­za­sın­da AMEA-nın Mo­le­kul­yar Bio­lo­gi­ya və Bio­tex­no­lo­gi­ya­lar İns­ti­tu­tu­ ya­ra­dıl­mışdır. C.Əli­yev 1981-1990-cı il­lər­də Azər­bay­can EA-nın Bio­lo­gi­ya Elm­lə­ri Böl­mə­si­nin aka­de­mik-ka­ti­bi, müx­tə­lif il­lər­də AEA-nın Rə­ya­sət He­yə­ti­nin üz­vü ol­muş­dur.

C.Əli­yev ke­çən əs­rin 70-ci il­lə­rin­də Azər­bay­can­da bio­lo­gi­ya el­mi­nin ye­ni is­ti­qa­mət­­lə­ri­nin, o cüm­lə­dən mo­le­kul­yar bio­lo­gi­ya, mo­le­kul­yar ge­ne­ti­ka, gen və hü­cey­rə bio­tex­­no­lo­gi­ya­sı, ri­ya­zi bio­lo­gi­ya, kom­pü­ter bio­lo­gi­ya­sı və bi­o­in­for­ma­ti­ka­nın bü­növ­rə­si­ni qoy­muş, fun­da­men­tal təd­qi­­qat­lar­la zən­gin elmi mək­təb for­ma­laş­dır­mış­dır.

C.Əli­ye­vin el­mi fəa­liy­yə­ti kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri­nin, əsa­sən buğ­da­nın fo­to­sin­te­tik məh­sul­dar­lı­ğı­nın fi­zio­lo­ji, bio­kim­yə­vi, bio­fi­zi­ki və mo­le­kul­yar-ge­ne­tik əsas­la­rı­nın öy­rə­nil­mə­si­nə həsr olun­muş, onun tərəfindən çox­say­lı yük­sək məh­sul­dar buğ­da sort­la­rı ya­ra­dıl­mış­dır. Ali­min rəh­bər­li­yi al­tın­da Azər­bay­can­da bit­ki ge­ne­tik eh­ti­­yat­la­rı üz­rə Mil­li Proq­ram ha­zır­lan­mış, Mil­li bit­ki Gen­ban­kı təşkil edilmişdir. C.Əli­yev Azər­bay­­ca­n Respublikasının “Qır­mı­zı Ki­ta­b”ının II nəş­ri­nin baş re­dak­to­ru (2013), 700-dən ar­tıq el­mi əsə­rin, 25 mo­noq­ra­fi­ya və ki­ta­bın, 25 pa­ten­tin mü­əl­li­fi ol­muş­dur. Ali­min el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 85 elm­lər na­mi­zə­di və 14 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır. Bey­nəl­xalq Fo­to­sin­tez Cə­miy­yə­ti­nin tə­şəb­bü­sü və təş­ki­lat­çı­lı­ğı ilə Ba­kı şə­hə­rin­də akademik Cə­lal Əli­ye­və həsr olun­muş “Da­vam­lı in­ki­şaf na­mi­nə fo­to­sin­tez təd­qi­qat­la­rı” möv­zu­sun­da bey­nəl­xalq konf­rans­lar ke­çi­ril­miş­dir (2011, 2013).

C.Əli­yev Res­pub­li­ka El­mi Təd­qi­qat­la­rın Təş­ki­li və Əla­qə­lən­di­ril­mə­si Şu­ra­sı­nın Bio­lo­gi­ya elm­lə­ri üz­rə Prob­lem şu­ra­sı­nın səd­ri, bir sı­ra el­mi və mü­da­fiə şu­ra­la­rı­nın üz­vü, “AMEA-nın Xə­bər­lə­ri” (bio­lo­gi­ya və tibb elm­lə­ri) jur­na­lı­nın baş re­dak­to­ru, “AMEA-nın Mə­ru­zə­lə­ri” jur­na­lı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü, bir çox bey­nəl­xalq jur­nal­la­rın re­dak­si­ya he­yə­ti­nin üz­vü və fəx­ri üz­vü, UNES­CO-nun nəz­din­də 1999-cu il­də ya­ra­dı­lan Bi­oe­ti­ka, el­mi bi­lik­lə­rin və tex­no­lo­gi­ya­la­rın eti­ka­sı üzrə Azərbaycan Mil­li Ko­mi­tə­sinin səd­ri ol­muş­dur.

Aka­de­mik C.Əli­yev “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na (1983) la­yiq gö­rül­müş, “Qır­mı­zı Əmək Bay­ra­ğı” or­de­ni (1972, 1986), Azər­bay­can Res­pub­li­ka­sı­nın “İs­tiq­lal” (2003) və “Şə­rəf” (2013) or­den­lə­ri, Gür­cüs­tan Res­pub­li­ka­sı­nın “Şə­rəf” or­de­ni (2003), Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fəx­ri Dip­lo­mu (2008) ilə təl­tif olun­muş­dur. Akademik İ.Hüseynova ilə birlikdə AMEA-nın Həsən Bəy Zərdabi adına mükafatına layiq görülmüşdür (2014).

Dörd ça­ğı­rış (1995, 2000, 2005, 2010) Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin üz­vü ol­muş­dur.

Aka­de­mik C.Əli­yev 1 fev­ral 2016-cı idə Ba­kı şə­hə­rin­də və­fat et­miş, I Fəx­ri Xi­ya­ban­da dəfn olun­muş­dur.

Akademik Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi heç zaman unudulmayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: