Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

03.02.2025 10:46
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynovun iki məqaləsi Türkiyənin “Təhsil” jurnalının xüsusi nömrəsində dərc edilib

Akademik Rafael Hüseynovun iki məqaləsi Türkiyənin “Təhsil” jurnalının xüsusi nömrəsində dərc edilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun “Ömər Faiq andı” və “Şərəf tariximizdə yaşayan ad - Əhməd Pepinov - Ömərbəyov” adlı məqalələri Türkiyədə nəşr olunan “Təhsil” beynəlxalq etnopedaqoji jurnalının xüsusi nömrəsində nəşr olunub.

“Ömər Faiq andı” başlıqlı məqalədə Azərbaycanın ictimai fikir tarixində böyük xidmətləri olan, ömrünü maarif çırağına çevirərək cəmiyyətin aydınlığa çıxmasında fədakarlıq göstərmiş Ömər Faiq Nemanzadənin keşməkeşli ömür yolu və yaradıcılığına, şəxsi keyfiyyətlərinə, ictimai fəaliyyətinə nəzər salınıb. Məqalədə, həmçinin 1872-ci ildə doğulmuş, həyatının son nöqtəsi 1937-ci ildə qurğuşunla qoyulmuş Ömər Faiqin 2024-cü ildə Azərbaycanın Söz Məbədində - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində abidəsinin açılışından bəhs olunub. Qeyd edilib ki, Ömər Faiq abidəsini görkəmli sənətkar, Xalq rəssamı Akif Əsgərovun tələbəsi olmuş gənc, istedadlı heykəltəraş Leyla Məmmədova yaradıb və bu abidə onun heç vaxt bitməyəcək ömrünün 152-ci ilində qismət olub.

“Şərəf tariximizdə yaşayan ad - Əhməd Pepinov - Ömərbəyov” adlı məqalədə isə Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi Əhməd bəy Pepinov – Ömərbəyovun həyatı, siyasi fəaliyyəti ilə yanaşı, onun mədəniyyət və maarifçilik tariximizdə gördüyü işlərdən bəhs olunub. Əhməd bəyin  yenilməz insan və qatı vətənpərvər kimi Vətənin müstəqilliyi uğrunda canından keçməyə, hər zaman vicdanının, əqidəsinin, namusunun, canının müstəqilliyini qanı, sinəsi ilə qorumağa hazır olduğu bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: