Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnsan beynində mikroplastik tapılıb
05.02.2025 10:34
  • A-
  • A
  • A+

İnsan beynində mikroplastik tapılıb

Alimlər ilk dəfə insan beyninin toxumalarında mikroplastiklərin mövcudluğunu aşkar ediblər. Bu tapıntı plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Araşdırmada tədqiqatçılar insan beynindəki mikroplastiklərin son 8 ildə 50% artdığını müəyyən ediblər. Onlar həmçinin demanslı insanların beyinlərində hamıdan 10 dəfə çox plastik olduğunu aşkar ediblər.

Ölçüsü 5 mm-dən kiçik olan mikroplastiklər daha əvvəl hava, su və qidada müşahidə edilsə də, onların beyində olması alimlər üçün gözlənilməz olub. Hissəciklərin tənəffüs və ya həzm sistemi vasitəsilə orqanizmə daxil olaraq qan dövranı ilə beyinə yayıldığı ehtimal edilir.

Mütəxəssislər mikroplastiklərin beyində uzunmüddətli təsirlərinin hələ də tam araşdırılmadığını bildirirlər.

cbsnews.com

  • Paylaş: