Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Dendrologiya İnstitutu ümumrespublika  “Bilik yarışı” müsabiqəsi elan edir
05.02.2025 14:02
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu ümumrespublika “Bilik yarışı” müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, ETN Mikrobiologiya İnstitutu və Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü ilə əlaqədar 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibəti ilə “Bilik yarışı” elan edir.

“Konstitusiya və Suverenlik İli” - nə  həsr olunmuş müsabiqənin keçirilməsinin məqsədi  milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və ekoloji proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etmək məqsədi daşıyır.

Təşkil edilən  yarışda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. İştirakçıların təqdim etdiyi bacarıqlar STEAM, şeir, foto və əl işlərindən ibarət  olacaq.

• STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

• Şeir təqdimatının əsasnaməsinə əsasən, seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə   edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.

• Foto rəsm əl işlərindən ibarət əsərlər isə qlobal iqlim dəyişkənliyinin ekoloji mühitə təsiri mövzusunu əks etdirməkdir. Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü ən azı A4 formatında olmalıdır, Təsvirlər süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə, rəngli və yüksək keyfiyyətli formada, gəncin özü tərəfindən yaradılmalıdır.

Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak etmək istəyənlər təqdimatları haqqında məlumatı qeyd etməklə, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd edərək təqdimatlarını aprel ayının 5-dək arazli.tunzale@mail.ru ünvanına göndərməlidirlər.

İlk üç yerin qalibinə fəxri diplom və mükafat veriləcək.

Müsabiqənin yekunu aprelin 9-da AR ETN Dendrologiya İnstitutunda keçiriləcək.

Əlaqə: (012) 554 - 30 -89, (077) 300 - 31- 73, (051) 329 - 51- 00

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: