2025-ci ilin sentyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 140 illiyinə həsr olunmuş "Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri" mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın bölmələri aşağıdakılardır:
Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan milli mədəniyyəti və milli düşüncəsinə təsir üfüqləri;
Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığı Azərbaycan ədəbiyyatı və publisistikası müstəvisində;
Azərbaycan musiqi elmi və Üzeyir Hacıbəylinin musiqişünaslıq baxışları;
Azərbaycan epistolyar irsi və Üzeyir Hacıbəyli, Müslüm Maqomayev məktubları;
Milli folklor yaradıcılıq mənbəyi kimi;
XX əsrin əvvəllərinin Azərbaycan mətbuatı və Üzeyir Hacıbəyli, Müslüm Maqomayev yaradıcılığı.
Məqalənin tərtib olunma qaydaları:
Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;
Məqalənin mətni Azərbaycan, rus və ingilis dillərində açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 3-5 səhifə həcmində olmalıdır;
Məqalə Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;
Yuxarı sağ küncdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri, elektron ünvanı və əlaqə nömrəsi göstərilməlidir;
Məqalənin adı ortada böyük və tünd şriftlə verilməlidir;
Məqalənin mətni Azərbaycan dilində yazılarsa ingilis dilində xülasə, ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; rus dilində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur;
Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr 50-100 sözdən ibarət olmalıdır;
Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir;
Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).
Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:
Sağ tərəf -1sm
Sol tərəf – 3sm
Aşağı hissə - 2 sm
Yuxarı hissə - 2sm
Məqalələrin qəbul olunması üçün son tarix: 01 iyul 2025-ci il
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53
Tel.: (+994 12) 505 53 14
E-mail: nizamimuzeyikonfrans@mail.ru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.