Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.02.2025 16:05
  • A-
  • A
  • A+

Dosent Günel Məliklinin “Ali Baş Komandan İlham Əliyevin Prezidentlik illəri. Azərbaycan ordusunun yeni inkişaf dövrü” adlı məqaləsi işıq üzü görüb

Dosent Günel Məliklinin “Ali Baş Komandan İlham Əliyevin Prezidentlik illəri. Azərbaycan ordusunun yeni inkişaf dövrü” adlı məqaləsi işıq üzü görüb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin respublika elmi-praktik konfransının materialında “Ali Baş Komandan İlham Əliyevin Prezidentlik illəri. Azərbaycan ordusunun yeni inkişaf dövrü” məqaləsi nəşr olunub. 

Məqalədə Günel Məlikli hadisə və proseslərə tarixi baxışla yanaşı, dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etməyin Prezident İlham Əliyevin dövlət idarəetməsinin əsasını təşkil etdiyini bildirib. Gənc alim hər bir dövlətin qüdrətinin və təhlükəsizliyinin zəminini onun silahlı qüvvələrinin təşkil etdiyini və cənab Ali Baş Komandan İlham Əliyevin Prezidentlik illərinin Azərbaycan Ordusunun inkişafının keyfiyyətcə yeni bir dövrünü təşkil etdiyini söyləyib.

G.Məlikli bu dövr ərzində ordumuzun istər təşkilati baxımdan, istər təchizat baxımından, istərsə də döyüş keyfiyyətləri baxımından tamamilə yeni bir səviyyəyə qalxdığını və bölgənin ən güclü ordusuna çevrildiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: