Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

12.02.2025 09:20
  • A-
  • A
  • A+

“Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi idarəçilik sistemində konstitusiya hüququ

“Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi idarəçilik sistemində konstitusiya hüququ

İkinci məqalə

Azər­bay­can xal­qı­nın müs­tə­qil­lik ta­ri­xi­nin zir­və­sin­də da­ya­nan Ulu Öndər Hey­dər Əli­yev öz si­ya­si ida­rə­çi­lik siyasətin­də mil­lət-döv­lət, döv­lət-mil­lət əla­qə­lə­ri­nin ən güc­lü sa­hə­si olan, azad­lıq, plü­ra­lizm, in­san hü­quq və azad­lıq­la­rı­nın ge­niş miq­yas­da ək­si­ni tap­dı­ğı və­tən­daş cə­miy­yə­ti­nin hər bir prin­si­pi­ni qə­bul et­miş ol­du­ğu milli Konstitutsiyamız, cid­di ta­ri­xi qə­rar­lar, im­za­la­dı­ğı mü­hüm kon­ven­si­ya­lar, gün­də­lik fər­man­lar, sə­rən­cam­lar və di­gər rəs­mi sə­nəd­lər­lə də­yər­lən­dir­mişdir. Bu­nun­la da si­vil, hü­qu­qi və de­mok­ra­tik in­ki­şaf yo­lu seç­miş Azər­bay­can Res­pub­li­ka­sın­da sa­bit­li­yin, əmin-aman­lı­ğın, “Hey­dər Əliyevin Bö­yük Siyasət  Yo­lu” konsepsiyasının bü­növ­rə­si­ni qoy­muş­dur.  

Beləliklə, döv­lət di­li haq­qın­da Qanun Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­na uy­ğun ola­raq Azər­bay­can Res­pub­li­ka­sın­da Azər­bay­can di­li­nin döv­lət di­li ki­mi hü­qu­qi sta­tu­su­ (Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da Azər­bay­can Res­pub­li­kas­nın Qa­nu­nu. http://www.e-qa­nun.az/fra­me­work/1865),-xal­qı­mı­zın mil­li ru­hu­nun hə­mi­şə ya­şar­lı­lı­ğı­nın qa­ran­tı ki­mi də də­yər və əhə­miy­yət kəsb edir.

Azərbaycan Konstitutsiyasında 3 Fə­sil, 20 mad­də­dən iba­rət olan “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nun­da ilk müd­dəa “Döv­lət di­li­ni bil­mək hər bir Azər­bay­can Res­pub­li­ka­sı va­tən­da­şı­nın bor­cu­dur” və­zi­fə­si ol­maq­la;

1.2. Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­li ki­mi Azər­bay­can di­li öl­kə­nin si­ya­si, ic­ti­mai, iq­ti­sa­di, el­mi və mə­də­ni hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də iş­lə­di­lir;

1.3. Azər­bay­can Res­pub­li­ka­sı döv­lət di­li­nin iş­lən­mə­si­ni, qo­run­ma­sı­nı və in­ki­şa­fı­nı tə­min edir;

1.4. Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət ha­ki­miy­yə­ti və yer­li özü­nüi­da­rə­et­mə or­qan­la­rın­da, döv­lət qu­rum­la­rın­da, si­ya­si par­ti­ya­lar­da, qey­ri-hö­ku­mət təş­ki­lat­la­rın­da (ic­ti­mai bir­lik və fond­lar­da), həm­kar­lar təş­ki­lat­la­rın­da, di­gər hü­qu­qi şəxs­lər­də, on­la­rın nü­ma­yən­də­lik­lə­rin­də və fi­li­al­la­rın­da, ida­rə­lər­də döv­lət di­li­nin tət­bi­qi ilə bağ­lı fəa­liy­yət bu Qa­nu­na uy­ğun ola­raq hə­ya­ta ke­çi­ri­lir, o cüm­lə­dən kar­gü­zar­lıq iş­lə­ri döv­lət di­lin­də apa­rı­lır;

1.5. Döv­lət di­li­nin tət­bi­qi­nin nor­ma­la­rı mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən mü­əy­yən edi­lir;

1.6. Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də fəa­liy­yət gös­tə­rən bey­nəl­xalq təş­ki­lat­lar­la (və ya on­la­rın nü­ma­yən­də­lik­lə­ri ilə) və xa­ri­ci döv­lət­lə­rin dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri ilə ya­zış­ma­lar Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­lin­də və ya mü­va­fiq xa­ri­ci dil­də Azər­bay­can di­li­nə tər­cü­mə olun­maq şər­ti­lə apa­rı­la bi­lər; ... həm­çi­nin Mad­də 3. Döv­lət di­li­nin iş­lən­mə­si, qo­run­ma­sı və in­ki­şa­fı sa­hə­sin­də döv­lə­tin əsas və­zi­fə­lə­ri - 3.0. Döv­lət di­li­nin iş­lən­mə­si, qo­run­ma­sı və in­ki­şa­fı sa­hə­sin­də döv­lə­tin əsas və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır: 3.0.1. Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın və bu Qa­nu­nun ta­ləb­lə­ri­nə uy­ğun ola­raq döv­lət di­li ilə bağ­lı hü­quq qay­da­la­rı­nın mü­əy­yən­ləş­di­ril­mə­si; 3.0.2. döv­lət di­li­nin tət­bi­qi işi­nə, bu di­lin iş­lən­mə­si və qo­run­ma­sı ilə bağ­lı qa­nun­ve­ri­ci­li­yin müd­dəa­la­rı­na ria­yət olun­ma­sı­nın tə­min edil­mə­si; 3.0.3. döv­lət di­li­nin in­ki­şaf proq­ra­mı­nın ha­zır­lan­ma­sı və döv­lət büd­cə­si­nin vә­sai­ti he­sa­bı­na ma­liy­yə­ləş­di­ril­mə­si­nin tə­min edil­mə­si; 3.0.4. döv­lət di­li­nin saf­lı­ğı­nın qo­run­ma­sı, dil­çi­lik el­mi­nin nә­zә­riy­yә­si və prak­ti­ka­sı­nın in­ki­şa­fı üçün mü­va­fiq şə­rai­tin ya­ra­dıl­ma­sı və təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si; 3.0.5. döv­lət di­li­nin iş­lən­mə­si üçün zə­ru­ri olan mad­di ba­za­nın ya­ra­dıl­ma­sı; 3.0.6. xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­can di­lin­də təh­sil al­ma­la­rı­na, bu dil­dən sər­bəst is­ti­fa­də et­mə­lə­ri­nə kö­mək­lik gös­tə­ril­mə­si;… ha­be­lə II fə­sil. Döv­lət di­li­nin iş­lən­mə­si, qo­run­ma­sı və in­ki­şa­fı. Mad­də 4.Döv­lət di­li­nin rəs­mi mə­ra­sim­lər­də iş­lən­mə­si, 4.1. Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət ha­ki­miy­yə­ti və yer­li özü­nüi­da­rə­et­mə or­qan­la­rı­nın, döv­lət qu­rum­la­rı­nın ke­çir­di­yi bü­tün rəs­mi mə­ra­sim və təd­bir­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­lin­də apa­rı­lır. 4.2. Bu Qa­nu­nun 4.1-ci mad­də­si­nin tə­ləb­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın təş­kil et­di­yi bey­nəl­xalq sə­viy­yə­li rəs­mi mə­ra­sim­lə­rə və təd­bir­lə­rə, ha­be­lə mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı tə­rə­fin­dən di­gər öl­kə­lər­də ke­çi­ri­lən hər han­sı rəs­mi mə­ra­sim və təd­bi­rə şa­mil olun­mur.Mad­də 5. Döv­lət di­li­nin təh­sil sa­hə­sin­də iş­lən­mə­si; o cüm­lə­dən. 5.3. Azər­bay­can Res­pub­li­ka­sın­da ali və or­ta pe­şə-ix­ti­sas təh­si­li mü­əs­si­sə­lə­ri­nə qə­bul za­ma­nı Azər­bay­can di­li fən­nin­dən im­ta­han ve­ril­mə­li­dir. Mad­də 6. Döv­lət di­li­nin te­le­vi­zi­ya və ra­dio ya­yım­la­rın­da iş­lən­mə­si, Mad­də 8. Döv­lət di­li­nin xü­su­si ad­lar­da iş­lən­mə­si; Mad­də 10. Coğ­ra­fi ob­yekt­lə­rin ad­la­rın­da döv­lət di­li­nin iş­lə­dil­mə­si;11.1. Azər­bay­can Res­pub­li­ka­sı­nın hü­quq mü­ha­fi­zə or­qan­la­rın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­li iş­lə­nir. Döv­lət di­li­ni bil­mə­yən şəxs­lər qa­nun­ve­ri­ci­lik­lə mü­əy­yən edil­miş qay­da­da tər­cü­mə­çi­dən is­ti­fa­də edə bi­lər­lər. Mad­də 12. Döv­lət di­li­nin bey­nəl­xalq ya­zış­ma­lar­da iş­lən­mə­si; 12.1. Azər­bay­can Res­pub­li­ka­sı­nın bey­nəl­xalq ya­zış­ma­la­rı döv­lət di­lin­də apa­rı­lır. Be­lə ya­zış­ma­lar zə­ru­ri hal­lar­da döv­lət di­li ilə ya­na­şı, mü­va­fiq xa­ri­ci dil­lər­dən bi­rin­də də apa­rı­la bi­lər; 12.2. Azər­bay­can Res­pub­li­ka­sı­nın iki­tə­rəf­li bey­nəl­xalq mü­qa­vi­lə­lə­ri döv­lət di­lin­də də, çox­tə­rəf­li bey­nəl­xalq mü­qa­vi­lə­lər isə mü­qa­vi­lə bağ­la­yan tə­rəf­lə­rin ra­zı­lı­ğı ilə mü­əy­yən edi­lən dil­də (dil­lər­də) tər­tib olun­ma­lı­dır; 12.3. Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lər (sa­ziş­lər və s.) və qo­şul­du­ğu bey­nəl­xalq kon­ven­si­ya­lar (pro­to­kol­lar və s.) döv­lət di­lin­də nəşr edil­mə­li­dir.Mad­də 13. Döv­lət di­li­nin nor­ma­la­rı; Mad­də 14. Döv­lət di­li­nin əlif­ba­sı;Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­li­nin əlif­ba­sı la­tın qra­fi­ka­lı Azər­bay­can əlif­ba­sı­dır. Mad­də 15. Döv­lət di­li­nin nəş­riy­yat işin­də iş­lən­mə­si, Mad­də 16. Döv­lət di­li­nin və­tən­daş­la­rın şəx­siy­yə­ti­ni təs­diq edən rəs­mi və va­hid nü­mu­nə­li sə­nəd­lər­də iş­lə­dil­mə­si. Mad­də 17. Döv­lət di­li­nin döv­lət ha­ki­miy­yə­ti və yer­li özü­nüi­da­rə­et­mə or­qan­la­rı­nın, hü­qu­qi şəxs­lə­rin, on­la­rın nü­ma­yən­də­lik­lə­ri­nin və fi­li­al­la­rı­nın, ida­rə­lə­rin adın­da iş­lə­dil­mə­si, Mad­də 18. Döv­lət di­li­nin qo­run­ma­sı və in­ki­şa­fı, 18.1. Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li­nə qar­şı giz­li, ya­xud açıq təb­li­ğat apar­maq, bu di­lin iş­lən­mə­si­nə mü­qa­vi­mət gös­tər­mək, onun ta­ri­xən mü­əy­yən­ləş­miş hü­quq­la­rı­nı məh­dud­laş­dır­ma­ğa cəhd et­mək qa­da­ğan­dır; 18.2. Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də­ki bü­tün küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri (mət­bu­at, te­le­vi­zi­ya, ra­dio və s.), ki­tab nəş­ri və di­gər nəş­riy­yat işi ilə məş­ğul olan qu­rum­lar Azər­bay­can di­li­nin nor­ma­la­rı­na ria­yət olun­ma­sı­nı tə­min et­mə­li­dir­lər.

Ey­ni za­man­da III fə­sil Ye­kun Müd­dəa­lar Mad­də 19. Qa­nu­nun po­zul­ma­sı­na gö­rə mə­su­liy­yət – ki­mi mad­də­lər Xal­qı­mı­zın ta­ri­xi şəx­siy­yət Hey­dər Əliyevin bu ta­ri­xi Qa­nun üzə­rin­də zəh­mə­tin­dən və bu­nun da əsa­sın­da da­ya­nan ilk növ­bə­də və­tən­daş, da­vam­da mil­li li­der möv­qe­yin­dən xə­bər ve­rir.

1993-cü ilin okt­yabr ayı­nın 3-ü ta­ri­xin­də ümum­xalq səs­ver­mə­si yo­lu ilə pre­zi­dent se­çil­dik­də “Müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın qar­şı­sın­da du­ran əsas və­zi­fə­lər­dən bi­ri res­pub­li­ka­nın döv­lət qu­ru­cu­lu­ğu­nu təş­kil et­mək­dir. Bi­zim yo­lu­muz ay­dın­dır, bu­nu də­fə­lər­lə bə­yan et­mi­şik. Yo­lu­muz de­mok­ra­ti­ya yo­lu­dur. Müs­tə­qil Azər­bay­can­da de­mok­ra­tik, hü­qu­qi döv­lət qu­rul­ma­lı­dır”( Hey­dər Əli­yev. Müs­tə­qil­li­yi­miz əbə­di­dir (çı­xış­lar, nitq­lər, bə­ya­nat­lar, mü­sa­hi­bə­lər, mək­tub­lar, mü­ra­ci­ət­lər, fər­man­lar) – Azər­nəşr, Ba­kı, 1993, I cild, səh.201. http://lib.ali­yev-he­ri­ta­ge.org/az/66679364.html), - An­dı­nı ve­rən Ulu Öndər Azər­bay­can KP MK-nin bi­rin­ci ka­ti­bi olar­kən, SSRİ Na­zir­lər So­ve­ti­nin bi­rin­ci müa­vi­ni və­zi­fə­sin­də son­suz ener­ji ilə xid­mət et­di­yi vaxt­lar­dan fik­rin­də qur­du­ğu və təc­rü­bə­də sı­nan­mış döv­lət qu­ru­cu­lu­ğu məq­sə­din­dən çı­xış edə­rək fi­zi­ki öm­rü­nün hü­dud­la­rı da­xi­lin­də bü­tün re­al və ide­al ener­ji­si ilə Azər­bay­can Döv­lə­ti­nin sis­tem­li ida­rə­çi­lik stra­te­gi­ya­sı­nı ya­rat­dı və ya­şat­dı. 

An­diç­mə mə­ra­si­min­də mü­qəd­dəs Qu­ra­ni-Kə­rim ki­ta­bı­mı­za əli­ni qo­yub and içən Ulu Öndər Heydər Əliyev ilk ola­raq ye­ni qu­ru­lan döv­lə­tin iq­ti­sa­di in­ki­şa­fı üçün mü­him əhə­miy­yət kəsb edən mə­sə­lə­nin həl­li­nə diq­qə­ti yö­nəlt­di və bu is­ti­qa­mət­də 1994-cü il, sent­yab­rın 20-də “Əs­rin mü­qa­vi­lə­si” ta­ri­xi rəs­mi sə­nə­di­ni im­za­la­dı. Dün­ya­nın 7 döv­lə­ti­nin 11 neft şir­kə­ti ilə Azər­bay­can ara­sın­da im­za­la­nan Neft mü­qa­vi­lə­si dün­ya neft şir­kət­lə­ri­nin 60 mil­yard ABŞ dol­la­rı­nı əha­tə et­mək­lə Azər­bay­ca­nı həm iq­ti­sa­di cə­hət­dən güc­lən­dir­mək, həm də si­ya­si ba­xım­dan ta­nıt­maq məq­sə­di­ni da­şı­yır­dı.

Fəl­sə­fə elm­lə­ri dok­tou, pro­fes­sor Məm­məd Rza­yev “Za­ma­nı qa­baq­la­yan da­hi” əsə­rin­də müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin neft stra­te­gi­ya­sı­nın əsas məq­sə­di­ni el­mi-ob­yek­tiv­lik­lə qiy­mət­lən­di­rər­kən Ulu Öndər Hey­dər Əliyevin bu sa­hə­də xal­qı­mı­zın mad­di ye­ral­tı sər­və­ti­ni böh­ran və­ziy­yət­dən çı­xar­ma­sı­nı və bu sa­hə­nin qı­sa za­man­da sü­rət­lə in­ki­şaf et­mə­si üçün cid­di, möh­kəm bü­növ­rə­li əsas­lar ya­rat­ma­sı­nı xü­su­si vur­ğu­la­mış­dır: “Yal­nız Ümum­mil­li Li­der Hey­dər Əliyevin xal­qın tə­kid­li tə­lə­bi ilə ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra öl­kə da­xi­lin­də möh­kəm tə­məl­lə­rə əsas­la­nan si­ya­si sa­bit­li­yin bər­qə­rar olun­ma­sı, qa­nun­çu­lu­ğun güc­lən­di­ril­mə­si, Azər­bay­ca­nın ye­ni neft stra­te­gi­ya­sı­nın iş­lə­nib ha­zır­lan­ma­sı və ger­çək­ləş­di­ril­mə­si­nə əsas­lı zə­min for­ma­laş­dır­mış­dır. Ümum­mil­li li­der iq­ti­sa­di in­ki­şaf­da yük­sək di­na­miz­min əl­də olun­ma­sı­nın üm­də şər­ti ki­mi məhz mil­li ma­raq­la­ra söy­kə­nən ye­ni neft dip­lo­ma­ti­ya­sı­na üs­tün­lük ver­miş­dir. Hey­dər Əli­yev Azər­bay­ca­nın güc­lü və qüd­rət­li döv­lə­tə çev­ril­mə­si üçün öl­kə­nin ma­lik ol­du­ğu zən­gin tə­bii eh­ti­yat­lar­dan sə­mə­rə­li is­ti­fa­də edil­mə­si­ni son də­rə­cə va­cib say­mış, ye­ni neft stra­te­gi­ya­sı­nın iş­lə­nib ha­zır­­lan­ma­sı və uğur­la hə­ya­ta ke­çi­ril­mə­si üçün əzm­lə ça­lış­mış­dır” (Rza­yev Məm­məd. Za­ma­ni qa­baq­la­yan da­hi, Ba­ki, VEK­TOR nəşr­lər evi, ­2008, s.32. 287 səh.).

Onu da qeyd edək ki, Hey­dər Əli­ye­və hə­lə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də Azər­bay­ca­na rəh­bər­li­yi döv­rün­dən yax­şı ta­nış olan neft ya­taq­la­rı­mı­zın ye­ni­dən geo­lo­ji təh­lil­lə­ri­nin apa­rıl­ma­sı­na start ve­ril­mək­lə, Gü­nəş­li, Şah­dağ və baş­qa neft ya­taq­la­rı­mı­zın bu gün­kü yük­sək sə­mə­rə­li fəa­liy­yə­ti­nin əsa­sı olan cid­di və məq­səd­yön­lü iş­lər hə­ya­ta ke­çi­ril­mə­yə baş­la­mış­dır.

Bu fik­ri­mi­zin təs­di­qi üçün biz Ulu Öndər Hey­dər Əliyevin yal­nız 4 ay ər­zin­də, yə­ni 1993-cü il 15 iyun ta­ri­xin­dən res­pub­li­ka­ya pre­zi­dent se­çil­di­yi 6 okt­yabr 1993-cü ilə qə­dər həl­li­nə na­il ol­du­ğu rəs­mi ha­di­sə­lə­ri qeyd et­mək­lə  Ulu Öndərin ne­cə yük­sək qey­ri-adi güc və ener­ji ilə müs­tə­qil Azər­bay­can döv­lə­ti­ni qur­muş ol­du­ğu­nu gös­tər­mək is­tə­yi­rik.

Be­lə ki, Hey­dər Əli­yev  1993-cü ilin yal­nız iyul ayın­da də ABŞ Pre­zi­den­ti Bill Klin­to­na, İs­tan­bul­da İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı­nın 2-ci Gö­rü­şü­nün İş­ti­rak­çı­la­rı­na mək­tub göndər­miş, “Os­tan­ki­no” döv­lət­lə­ra­ra­sı te­le­vi­zi­ya şir­kə­ti­nə mü­sa­hi­bə ver­miş, Fran­sa Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Əla­həz­rət Fran­sua Met­te­ran cə­nab­la­rı­na mək­tub im­za­la­mış, ATƏM-in Dağ­lıq Qa­ra­ba­ğa da­ir Minsk Konf­ran­sı­nın səd­ri Ma­rio Raf­fa­el­li ilə bir­lik­də mət­bu­at konf­ran­sı ke­çir­miş və bə­ya­nat ver­miş, Mi­sir Ərəb Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Əla­həz­rət Mə­həm­məd Hüs­nü Mü­ba­rək cə­nab­la­rı­na, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın Səd­ri­nə, Su­rə­ti: BMT-nin baş ka­ti­bi­nə mək­tub­la­rı­nı göndər­miş, “Ros­siys­kiy Fer­mer” qə­ze­ti­nin müx­bi­ri ilə Söh­bət təd­bi­rin­də iş­ti­rak et­miş­dir.

Ulu Öndər 1993-cü ilin av­qust ayı ər­zin­də də gər­gin ta­ri­xi fəa­liy­yə­ti­ni da­vam et­dir­miş və “Mən Si­zə heç nə vəd et­mi­rəm” – “So­be­sed­nik” qə­ze­ti­nin müx­bi­ri­nə mü­sa­hi­bə ver­miş, Bo­li­vi­ya­nın Pre­zi­den­ti zat-ali­lə­ri cə­nab Xay­me Pas Sa­mo­ra­ya, Sin­qa­pu­ra mək­tub gÖndər­miş, Sinqapur Pre­zi­den­ti, zat-ali­lə­ri cə­nab Vi Kim Vi­yə, Ek­va­do­run Pre­zi­den­ti za­ti-ali­lə­ri cə­nab Rod­ri­qo Bor­xa Se­la­vo­sa, Kon­qo Pre­zi­den­ti za­ti-ali­lə­ri ge­ne­ral Da­ni­el Sas­su Nqes­so­ya mək­tub­lar yol­la­mış, Ya­zı­çı Alek­sandr Pro­xa­no­va mü­sa­hi­bə ver­miş, ey­ni za­man­da hə­min gün Bi­lə­su­var, Cə­li­la­bad, Ma­sal­lı, Lən­kə­ran, As­ta­ra, Yar­dım­lı və Le­rik ra­yon­la­rın­dan se­çil­miş xalq de­pu­tat­la­rı və hə­min ra­yon­lar­dan olan rəh­bər iş­çi­lər və zi­ya­lı­lar­la gö­rüş­müş və gi­riş sö­zü sö­zü söy­lə­miş, ye­kun sö­zü söy­lə­miş, ye­nə hə­min gün “Ener­ge­ti­ka, Eko­lo­gi­ya, İq­ti­sa­diy­yat” II Bey­nəl­xalq Sim­po­ziu­mun iş­ti­rak­çı­la­rı­na mək­tub yol­la­mış, Apa­rı­cı Neft Şir­kət­lə­ri­nin və Kor­pa­ra­si­ya­la­rı­nın nü­ma­yən­də­lə­ri ilə gö­rüş­də çı­xış et­miş, İn­do­ne­zi­ya Res­pub­lik­sı Pre­zi­den­ti, əla­həz­rət ge­ne­ral Su­xar­to cə­nab­la­rı­na, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın Səd­ri­nə, Su­rə­ti: BMT-nin baş ka­ti­bi­nə mək­tub­lar göndər­miş, Azər­bay­can Mil­li Te­le­vi­zi­ya­sı ilə xal­qa mü­ra­ci­ət et­miş, “Müs­tə­qil Azər­bay­can döv­lət­çi­li­yi­ni, əra­zi bü­töv­lü­yü­nü qo­ru­maq hər bi­ri­mi­zin bor­cu­dur” Ba­kı­da Ümüm­res­pub­li­ka mü­şa­vi­rə­sin­də çı­xış et­miş­dir. “Ne­za­vi­si­ma­ya Qa­ze­ta”nın müx­bi­ri­nə mü­sa­hi­bə ver­miş­dir. Ye­nə hə­min gün Mü­ha­ri­bə qur­ban­la­rı­nın mü­da­fiə­si üz­rə bey­nəl­xalq konf­rans (Ce­nev­rə, 30 av­qust,- 1 sent­yabr 1993-cü il) iş­ti­rak­çı­la­rı­na mü­ra­ci­ət göndər­miş­dir. Ha­be­lə ABŞ Pre­zi­den­ti Bill Klin­ton cə­nab­la­rı­na, ABŞ vit­se-pre­zi­den­ti Al­bert Qor cə­nab­la­rı­na, ABŞ Konq­re­si­nin spi­ke­ri To­mas Fo­li cə­nab­la­rı­na, Ta­ci­kis­tan Res­pub­li­ka­sı Ali So­ve­ti­nin səd­ri İma­mə­li Rəh­ma­nov cə­nab­la­rı­na mək­tub­lar göndər­miş, mət­bu­at konf­ran­sın­da bə­ya­nat ver­miş­dir. Sent­yabr ayın­da bəs­tə­kar Arif Mə­li­ko­va mək­tub göndər­miş­dir, Azər­bay­can Res­pub­li­ka­sı DİN-də ke­çi­ril­miş ­mü­şa­vi­rə­də çı­xış et­miş­dir. AMEA-da zi­ya­lı­lar­la gö­rüş­də çı­xış et­miş­dir. Res­­pub­li­ka Ali So­ve­tin­də Gənc­lə­rin nü­ma­yən­də­lə­ri ilə gö­rüş­də çı­xış et­miş­dir. Aka­de­mik Azad Mir­zə­can­za­də­yə mək­tub göndər­miş­dir. Bakı Kondinsionerlər Zavo­dun­da pay­tax­tın sə­na­ye mü­əs­si­sə­lə­ri əmək kol­lek­tiv­lə­ri nü­ma­yən­də­lə­ri­nin mi­tin­qin­də çı­xış et­miş­dir. AR MM-də qa­nun­suz həbs­lə­rin olub-ol­ma­ma­sı haq­qın­da mə­sə­lə­nin mü­za­ki­rə­sin­də çı­xış et­miş­dir, həmin il­də Bey­nəl­xalq Ahıl­lar Gü­nü ilə bağ­lı mü­ra­ci­ət im­za­la­mış­dır. Ümum­çin Xalq Nü­ma­yən­də­lə­ri Məc­li­si Dai­mi Ko­mi­tə­si­nin səd­ri TSYAO Şİ cə­nab­la­rı­nı­na mək­tub göndər­miş­dir. Okt­yabr ayın­da xalq şai­ri Məm­məd Ara­za mək­tub­lar yol­la­mış­dır. Azərbaycan Respublikasının Pre­zi­den­ti ki­mi an­diç­mə mə­ra­si­min­də nitq söy­lə­miş­dir. Azər­bay­ca­nın müs­tə­qil­lik gü­nü mü­na­si­bə­ti ilə xal­qı təb­rik et­miş. ATƏM-in səd­ri İs­ve­çin XİN M.A.Uq­las ilə gö­rüş­də çı­xış et­miş­dir. Hə­min gün Hey­dər Əli­yev bir­gə mət­bu­at konf­ran­sın­da bə­ya­nat ver­miş­dir. Türkiyə Cumhuriyyəti-70 el­mi-prak­tik konf­ran­sı­nın iş­ti­rak­çı­la­rı­na, Türkiyə Cumhuriyyətinin  Pre­zi­den­ti Sü­ley­man Də­mi­rəl cə­nab­la­rı­na, TC Baş Na­zi­ri Tan­su Çil­lə­rə, TC Bö­yük Mil­lət Məc­li­si­nin səd­ri Hü­sa­məd­din Cin­do­roq cə­nab­la­rı­na mək­tub­lar göndər­miş­dir.

Hey­dər Əli­yev ye­nə okt­yabr ayın­da 1993-cü il təq­vi­min­də Azər­bay­can və İran pre­zi­dent­lə­ri ara­sın­da da­nı­şıq­la­rın ye­kun­la­rı­na həsr olun­muş bir­gə mət­bu­at konf­ran­sın­da bə­ya­nat ver­miş, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin Azər­bay­can Res­pub­li­ka­sı əra­zi­si­nə ye­ni hü­cum­la­rı və tə­ca­vü­zü ilə bağ­lı mil­li te­le­vi­zi­ya və ra­dio ilə xal­qa mü­ra­ci­ət et­miş­dir. Bu fəa­liy­yə­ti­ni da­vam et­di­rən Ulu Öndər no­yabr ayın­da keç­miş bey­nəl­mi­ləl­çi dö­yüş­çü­lər­lə gö­rüş­müş,  Azər­bay­can Res­pub­li­ka­sı Milli Məclisinin ic­la­sın­da çı­xış et­miş­dir. Hey­dər Əli­yev və­tən­daş cə­miy­yə­ti nü­ma­yən­də­lə­ri­nə də diq­qət ayı­ra­raq no­yabr ayın­da Azər­bay­ca­nın si­ya­si par­ti­ya­la­rı­nın və ic­ti­mai hə­rə­kat­la­rın rəh­bər­lə­ri ilə gö­rüş­müş, Pre­zi­dent Sa­ra­yın­da bank-ma­liy­yə, tə­diy­yə sis­tem­lə­ri­nin və id­xal-ix­rac əmə­liy­yat­la­rı­nın və­ziy­yə­ti­nə və onu yax­şı­laş­dır­maq sa­hə­sin­də və­zi­fə­lə­rə, həm­çi­nin res­pub­li­ka­nın so­si­al-iq­ti­sa­di prob­lem­lə­ri­nə, de­kabr­da  ma­liy­yə sis­te­min­də və əha­li­nin ta­xıl məh­sul­la­rı ilə təc­hi­za­tın­da olan cid­di nöq­san­la­rın ara­dan qal­dı­rıl­ma­sı­na həsr olun­muş ümum­res­pub­li­ka mü­şa­vi­rə­lə­rin­də çı­xış­lar et­miş­dür. Hey­dər Əli­yevin AR Pre­zi­den­ti­nin və­zi­fə­lə­ri­ni ic­ra et­di­yi döv­rün və pre­zi­dent fəa­liy­yə­ti­nin ilk təd­bir­lə­ri­nin so­nun­cu ayı­na dü­şən his­sə­si də döv­lə­timz və xal­qı­mız üçün əla­mət­dar ha­di­sə­lə­ri əks et­di­rir. Be­lə ki, heç nə­yi, heç ki­mi unut­ma­yan Ulu Öndər de­kabr ayın­da cəb­hə­ya­nı böl­gə­lə­rə, o cüm­lə­dən Gən­cə şə­hə­ri­nə sə­fər edə­rək xalq­la tə­mas­da ol­muş­dur. Hey­dər Əliyevin dün­ya şöh­rət­li Azər­bay­can rəs­sa­mı Ta­hir Sa­la­hov­la ta­ri­xi gö­rü­şü də 1993-cü ilin son gün­lə­ri­nə tə­sa­düf edir. Hə­min gün­lər­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Hey­dər Əli­yev Fran­sa­ya rəs­mi sə­fə­rə get­miş, sə­fər za­ma­nı mət­bu­at konf­ran­sın­da bə­ya­nat ver­miş­dir. Hey­dər  Əliyevin MDB Döv­lət baş­çı­la­rı Şu­ra­sı­nın konf­ran­sın­da bə­ya­nat­la çı­xış et­mə­si də ilin son gün­lə­ri­nə tə­sa­düf edir. Həm­çi­nin Ulu Öndər AMEA-nın  pre­zi­den­ti aka­de­mik El­dar Sa­la­ye­və, vit­se-pre­zi­dent aka­de­mik Zi­ya Bün­ya­do­va təb­rik mək­tub­la­rı göndər­miş, Azər­bay­ca­nın Mil­li qəh­rə­man­la­rı və və­tə­ni­mi­zin azad­lı­ğı uğ­run­da hə­lak ol­muş şə­hid­lə­rin ailə üzv­lə­ri ilə gö­rüş­müş. 31 de­kabr­da xal­qa Ye­ni il mü­ra­ciə­ti ün­van­la­mış­dır.

Gö­rün­dü­yü ki­mi Ulu Öndər hər ilin hər ayı­nı, hər gü­nü­nü, hər saa­tı­nı müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin qüd­rət­lən­mə­si məq­səd və mə­ra­mı­na həsr et­miş və bu fəa­liy­yət tem­pi onun si­ya­si ha­ki­miyyt­də ol­du­ğu 10 il­lik heç də qı­sa ol­ma­yan mər­hə­lə­də nə­in­ki zə­if­lə­miş, azal­mış, ək­si­nə da­ha da güc­lən­miş, məz­mun və ma­hiy­yət eti­ba­ri­lə hət­ta dün­ya­nın ən qa­baq­cıl döv­lət­lə­ri­nin li­der­lə­ri­nin iş plan­la­rı­nı də­fə­lər­lə üs­tə­lə­miş­dir.

Hey­dər Əliyevin ta­ri­xi əhə­miy­yət kəsb edən bu mü­hüm si­ya­si proq­ra­mın­da əl­bət­tə ki, neft siyasəti ön­də da­ya­nır. Be­lə ki, 1994-cü il­də, Əs­rin Mü­qa­vi­lə­si ilə baş­la­yan ta­rix­yük­lü iş­lə­rin da­va­mın­da -1999-cu ilin no­yab­rın­da İs­tan­bul­da ATƏT-in sam­mi­tin­də ABŞ, Tür­ki­yə, Azər­bay­can, Gür­cüs­tan, Türk­mə­nis­tan, Qa­za­xıs­tan rəh­bər­lə­ri Ba­ki-Cey­han neft kə­mə­ri­nin ya­ra­dıl­ma­sı­na dəs­tək im­za­la­rı­nı at­dı­lar. La­kin son­ra­dan 3 döv­lət bu la­yi­hə­nin ya­ra­dıl­ma­sın­da so­na qə­dər tə­şəb­büs­çü ola­raq qal­dı. Əs­lin­də hə­min la­yi­hə­yə qə­dər möv­cud olan Sup­sa və No­vo­ros­siysk kə­mər­lə­ri­nin çə­ki­li­şi­nə də bir­ba­şa Hey­dər Əli­yev tə­mi­nat ver­miş, bu la­yi­hə­lər məhz onun sa­yə­sin­də baş tut­muş­du.

Ümu­miy­yət­lə, Hey­dər Əliyevin neft siyasəti onun Azər­bay­ca­na rəh­bər­lik et­di­yi 70-ci il­lər­dən sis­tem­ləş­miş­di. Be­lə ki, Ulu Öndər hə­lə so­vet ida­rə­çi­li­yi za­ma­nın­da öz öl­kə­si­nin, xal­qı­nın ta­le­yi­ni dü­şü­nə­rək də­niz­də Də­rin Özül­lər Za­vo­du­nun məhz Azər­bay­can­da ya­ra­dıl­ma­sı­na na­il ol­muş­du. Hal­buki,Ru­si­ya bu za­vo­du Həş­tər­xan vi­la­yə­tin­də qur­maq niy­yə­tin­də idi.

Ma­raq çə­kən bir fak­tı da diq­qə­tə çat­dır­maq ye­ri­nə dü­şər. Be­lə ki,  bu gün re­gio­nu­muz üçün cidd­di təh­lü­kə olan Er­mə­nis­ta­nın Met­sa­mor  atom elekt­rik stan­si­ya­sı­nı SSRİ ha­ki­miy­yə­ti bi­zim Nə­va­hi ad­la­nan əra­zi­miz­də ya­rat­maq is­tə­dik­də Hey­dər Əli­yev bu­na 2 də­fə cid­di su­rət­də ma­ne ol­muş­dur. Ha­zır­da bu çox təh­lü­kə­li, hət­ta bağ­lan­ma­sı də­fə­lər­lə tə­ləb olu­nan Met­sa­mor stan­si­ya­sı­nın biz­dən uzaq­da, yə­ni baş­qa bir sa­hə­də yer­ləş­mə­si bu de­dik­lə­ri­mi­zə əya­ni mi­sal ola bi­lər. 

Hey­dər Əliyevin 1999-cu il­də neft siyasəti sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi da­ha bir əhə­miy­yət­li ha­di­sə Azər­bay­can-Neft Fon­du­nun ya­ra­dıl­ma­sı ilə bağ­lı­dır ki, bu­nun­la ye­ni müs­tə­qil döv­lə­tin iq­ti­sa­di bü­növ­rə­si qo­yul­muş ol­du. 

Azər­bay­can Döv­lə­ti Hey­dər Əliyevin mü­əl­li­fi ol­du­ğu Kons­ti­tu­si­ya­mız­da təs­bit olu­nan qa­nun­lar­la və onun tü­kən­məz ener­ji­si, in­tel­lek­ti, xa­riz­ma­tik gü­cü­nün sa­yə­sin­də de­mək olar ki, hər gün, hər sa­at ye­ni-ye­ni la­yi­hə­lər­lə in­ki­şaf et­di­ri­lə­rək bu gün­kü hü­qu­qi, de­mok­ra­tik, si­vil sə­viy­yə­si­nə gə­lib çat­mış­dır.

İs­tər hü­quq, is­tər so­si­al hə­yat, is­tər mə­də­niy­yət və in­cə­sə­nət sa­hə­sin­də­ki bö­yük uğur­la­rı­mız Hey­dər Əli­yev siyasəti­nin mil­li döv­lət qu­ru­cu­lu­ğu ide­ya­la­rı­nın ger­çək­li­yi­ni, da­vam­lı­lı­ğı­nı el­mi ob­yek­tiv­lik­lə təs­diq edir və fən­lə­ra­ra­sı is­ti­qa­mət­də təd­qi­qat­la­ra mey­dan açır.

Beləliklə, “Hey­dər   Əliyevin Bö­yük siyasət Yo­lu”  Si­ya­si İda­rə­çi­lik Sis­te­min­də Kons­ti­tu­si­ya Hü­qu­qu” istiqamə­tin­də təh­lil olu­nan mə­sə­lə­lər və alı­nan el­mi qə­na­ət­lər  “Hey­dər Əliyevin Bö­yük Siyasət Yo­lu”-nun dər­ki ba­xı­mın­dan əhə­miy­yət­li də­rə­cə­də el­mi ma­raq­lı­lıq kəsb edir.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: