Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kembric Universitetinin alimləri hava çirkliliyini yanacağa çevirən cihaz hazırlayıblar
18.02.2025 12:26
  • A-
  • A
  • A+

Kembric Universitetinin alimləri hava çirkliliyini yanacağa çevirən cihaz hazırlayıblar

İngiltərənin Kembric universitetlərinin alimləri hava çirkliliyini yanacağa çevirmək üçün Günəş enerjisi ilə işləyən cihaz hazırlayıblar.

Bu yeni reaktor atmosferdəki karbon dioksidi (CO2) sintetik yanacağa çevirərək avtomobillər və təyyarələr üçün alternativ yanacaq təmin etməyə imkan verir. Cihaz fotosintez prosesində olduğu kimi heç bir naqil və ya batareya tələb etmədən fəaliyyət göstərir.

Tədqiqatın nəticələri “Nature Energy” jurnalında dərc edilən araşdırmada təqdim edilib.

Yeni texnologiya mövcud karbon tutma və saxlama (CCS) üsullarına alternativ kimi təklif olunur və iqlim böhranına qarşı yeni bir həll təklif edir.

Bu irəliləyiş iqlim dəyişikliyi ilə mübarizədə böyük bir addım olub, həmçinin qlobal enerji istehsalında inqilabi rol oynaya bilər.

thedailystar.ne

  • Paylaş: