Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri”nin növbəti buraxılışı yayımlanıb
24.02.2025 12:00
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri”nin növbəti buraxılışı yayımlanıb

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram kamança ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevə həsr olunub.

Akademik Rafael Hüseynov proqramda Toğrul Əsədullayevin yaradıcılığının xüsusiyyətlərindən bəhs edib, onun musiqiçi ailəsində anadan olduğunu bildirib. O, Toğrulun Azərbaycanın dəyərli kamança ustalarından olan Mirnazim Əsədullayevin oğlu olduğunu və sənətə gəlişi ilə musiqimizə yeni abu-hava gətirdiyini söyləyib.

"İstedadlı kamança ifaçısı Toğrul Əsədullayevin bütün irəliləyişləri mənim gözümün qarşısında baş verib. Əməksevərliyi sayəsində qısa müddət ərzində o, fəxri adalara layiq görülüb, müsabiqələrdə qalibiyyətlər qazanıb, dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi əldə edib, dünyanın onlarca ölkəsindəki səhnlərdə hünər göstərib. İnsan bir məqsədə bütün varlığı ilə bağlı olanda, niyyətinə çatmaq üçün heç bir çətinlik və manelərə baxmadan hədəflərə doğru can atanda gec-tez uğur və sevinc onu mütləq tapır", - deyə Rafael Hüseynov qeyd edib.

Proqramda Toğrul Əsədullayevin 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində "Xalqlararası Şərq Təranələri" festivalında I yerə, 2008-ci ildə Kanadada keçirilən "Niaqara kamera musiqisi" festivalında muğam üçlüyü tərkibində Qran-Pri mükafatına layiq görüldüyü bildirilib. Vurğulanıb ki, Toğrul Əsədullayev kimi ifaçılarımız sayəsində kamançamızı hələ çox yüksəlişlər gözləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: