Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb
04.03.2025 11:38
  • A-
  • A
  • A+

“Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb

Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Budəfəki proqram istedadlı və sevilən şair, publisist, jurnalist Yusif Nəğməkara həsr edilib.

Akademik Rafael Hüseynov şair Yusif Nəğməkarın zəngin yaradıcılığından bəhs edib, onun müasir mərhələdə Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür və intellekt siferasına məxsus sənət adamlarından olduğunu bildirib.

“Yusif yeniyetmə yaşlarından könlünü şeirə bağlayaraq özünə “Nəğməkar” təxəllüsünü götürüb. Nəğməkar sözü onun təkcə təxəllüsü kimi deyil, ruhunun ayrılmaq hissəsi kimi yaşayıb. Yusifə həyat da, dünya da şeirsiz çox solğun görünərdi”, - deyə akademik Rafael Hüseynov əlavə edib.

Verilişdə Yusif Nəğməkarın şeirlərindən parçalar səsləndirilib, onun Azərbycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qılınc və qələm”, Rəsul Rza adına Beynəlxalq ali ədəbi mükafatlar laueratı olduğu diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: