Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminar keçiriləcək
05.03.2025 15:38
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminar keçiriləcək

11 mart 2025-ci il tarixində saat 11:00-da ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminar keçiriləcək.

Elmin populyarlaşdırılmasına yönəlmiş seminarın ilk iclasında AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Entropiya miflər və reallıqlar” mövzusunda məruzə ilə çıxış edəcək.

Maraqlanan elmi işçilər, xüsusən  də gənc tədqiqatçılar seminara dəvət olunur.

Ünvan AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun binası, H.Cavid  pr.113, AMEA  şəhərciyi əlaqə: 050 503 57 36

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: