Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Məmməd Salmanovun biblioqrafiyası çapdan çıxmışdır
07.01.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Məmməd Salmanovun biblioqrafiyası çapdan çıxmışdır

AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan elm və mədəniyyət xadimləri” silsiləsindən görkəmli mikrobioloq alim, AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun biblioqrafiyası nəşr olunub.

“Elm” nəşriyyatında çapdan çıxmış biblioqrafiyaya akademikin həyat və fəaliyyəti, elm və mədəniyyət xadimlərinin onun haqqında dedikləri, alimin əsərləri, kitab və məqalələri barədə məlumat daxil edilib. Nəşrdə tarixi xronoloji ardıcıllıqla görkəmli alimin Qərbi Azərbaycanın İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndindən başlamış çətin və şərəfli həyat yolu öz əksini tapıb.

Kitabın tərtibçisi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, Yaylas Vəliyeva və Rəna Kazımovadır. Redaktorları AMEA-nın müxbir üzvü Pənah Muradov, MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova və bölmə müdiri İsmət Səfərovdur.

  • Paylaş: