Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun (PMİ) Makromonomer əsaslı polimer materiallar laboratoriyasının böyük elmi işçisi Leyla Abbasova, baş direktoru AMEA-nin müxbir üzvü, professor Bəxtiyar Məmmədov, Fiziki - kimyəvi analiz şöbəsinin elmi işçisi Esfira İskəndərova və Azərbaycan Tibb Universitetinin əməkdaşları – tibb üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Şıxaliyev, baş müəllim Sevda Muradova, Sumqayıt Dövlət Universitetinin baş müəllimi Füruzə Əhmədovanın həmmüəllifi olduqları məqalə Q2 kvartilli “Journal Of Polymer Research” jurnalında (https://doi.org/10.1007/s10965-026-04909-3 ) çap edilib.
“Synthesis of copolymer of salicylic acid allyl ether with maleic anhydride and study of antimicrobial properties” (Salisil turşusunun allil efirinin malein anhidrid ilə birgəpolimerinin sintezi və antimikrob xüsusiyyətlərinin öyrənilməsi) adlı məqalə kütlədə radikal birgəpolimerləşmə reaksiyasının sintez qanunauyğunluqlarının, alınan birgəpolimerlərin tərkibinin, quruluşunun və bioloji fəallığının tədqiqindən əldə edilən nəticələrin müzakirəsinə həsr olunub.
Qeyd edək ki, impakt faktoru 2.8-ə bərabər olan jurnal Scopus, WOS və s. kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.