Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib
08.05.2026 14:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Azərbaycan-İtaliya strateji tərəfdaşlığı yeni mərhələdə” başlıqlı icmal yer alır.

Qəzetin ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycançılıq məfkurəsinin təşəkkülü kontekstində Ümummilli Lider Heydər Əliyevin missiyası və miqyası” mövzusunda məruzəsi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı və görkəmli medievist-alim Oqtay Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai konfransı barədə yazılar dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində “Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi”, “Üzeyir Hacıbəyli irsinə elmi baxış”, “Ərəb əlyazmaları və Əbul Qasım əz-Zəhravi irsi” sərlövhəli geniş materiallar və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Girne Amerikan Universitetinin rektoru prof. Dr. Serdar Yurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü barədə informasiya, eləcə də  AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əməkdaşlığına dair xəbərlər təqdim edilib. 

Bu sayda oxucular “Heydər Əliyevin Naxçıvanda xilaskarlıq missiyası və Türkiyə ilə münasibətlər (1991-1993)”, “Azərbaycanşünaslığın inkişafı və azərbaycançılıq konsepsiyası” və “Milli onomastik irsimizin rəqəmsal mühitdə tədqiqi” başlıqlı məqalələrlə tanış ola bilərlər.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: