Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

06.05.2026 14:46
  • A-
  • A
  • A+

Musiqişünas alim Rəna Sarabskaya-Məmmədovanın 75 illik yubileyi ilə əlaqədar biblioqrafiya dərc edilib

Musiqişünas alim Rəna Sarabskaya-Məmmədovanın 75 illik yubileyi ilə əlaqədar biblioqrafiya dərc edilib

AMEA Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü sənətşünaslıq doktoru, professor Rəna Məmmədovanın həyat və elmi fəaliyyətinin əsas tarixlərini və alimin 1974-2025- ci illəri əhatə edən biblioqrafiya çapdan çıxıb.

Biblioqrafiya AMEA Rəyasət Heyətinin qərarı ilə əlaqədar nəşr edilib. Biblioqrafiyada 700-dək biblioqrafik vahid yer alıb.

Həmçinin elmi ictimaiyyətə təqdim olunan ikinci nəşr - Rəna Məmmədovanın “Musiqi türkologiyasının metodoloji əsasları” monoqrafiyasında Azərbaycan humanitar elmində musiqi türkologiyası məktəbinin yaradılması əksini tapıb.

Monoqrafiyanın 9 fəslində musiqi türkologiyası məktəbinin formalaşması, etnogenez, musiqi sənətinin təkamülü məsələləri, Azərbaycan və türk musiqi nümunələrinin müqayisəli təhlili verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: