Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

17.06.2025 17:30
  • A-
  • A
  • A+

Azərbaycan əsgərinə elmin dəstəyi

Azərbaycan əsgərinə elmin dəstəyi

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 15 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb.

Şəxsi heyət qarşısında çıxış edən AMEA prezidenti Milli Qurtuluş Günü münasibətilə əsgər və zabitləri təbrik edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və mübarizəsi ilə bağlı olan bu əlamətdar tarixi günün siyasi-tarixi mahiyyəti və əhəmiyyətindən söz açıb.

Görüşdə ölkəmizdə Milli Qurtuluşdan ərazi bütövlüyünə və dövlət suverenliyinə qədər keçilən məsuliyyətli yolun şərəfli salnaməsinin əlamətdar hadisələri barədə əsgərlərə məlumat verilib.

Akademik İsa Həbibbəyli əsgərlərə Aşıq Ələsgərin, Cəlil Məmmədquluzadənin və Qurban Səidin kitablarını hədiyyə edib, ərzaq yardımı kimi əsgər sovqatı verib.

AMEA prezidenti əsgərlərin yaşayışı ilə tanış olub və onlarla birlikdə nahar edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: