Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncə incəsənəti” mövzusunda 18 sentyabr 2025-ci il tarixində respublika elmi konfransı keçiriləсək.
1. Konfransın istiqamətləri:
1. Azərbaycan mədəniyyətinin inkişaf tarixi: xalq sənətkarlığı və dekorativ - tətbiqi sənət.
2. Gəncə memarlığı, tarixi abidələrin mühafizəsi və bərpası. Milli-mənəvi dəyərlərin qorunmasında sənətkarlığın rolu.
3. Üzeyir Hacıbəyli və Gəncə musiqi mədəniyyəti tarixi.
2. Konfransın keçirilməsi ilə bağlı tarixlər
• Məqalənin son göndərilmə tarixi 18.08.2025-ci il
• Konfrans proqramının elan olunması 12.09.2025-ci il
• Konfransın keçirilməsi 18.09.2025-ci il
3. Konfransın formatı:
• Əyani
• Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilər.
• Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.
4.Təqdim olunan məqalələrin tərtibatına qoyulan tələblər
• Azərbaycan, türk və rus dillərindən birində yazılması;
• materialın elektron formada, plagiat hesabatı ilə birlikdə təqdim edilməsi;
• mövzunun konfransın istiqamətlərindən birinə uyğun olması;
• elmi üslubda müvafiq dilin qrammatikasına uyğun yazılması;
• mətninin minimum 3 səhifə, maksimum 9 səhifədən ibarət olması;
• xülasənin (azərbaycan, rus və ingilis dillərində) 150 sözdən çox olmaması;
• açar sözün (azərbaycan, rus və ingilis dillərində) minimum 3, maksimum 5 sözdən ibarət olması (açar sözlərin müvafiq xülasələrin sonunda göstərilməsi);
• vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsinin, əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə müəllif(lər)in soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı, tutduğu vəzifə, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsinin yazılması;
• Microsoft Word fayl formatında hazırlanması, səhifə ölçülərinin sol kənarının – 2.5 sm, sağ kənarı 1.5 sm, yuxarı və aşağıdan – 2.0 sm ölçüdə olması;
• əsas mətn hissəsinin Times New Roman, 12 şrift, sətirlərarası məsafənin – 1.15 olması;
• əsas başlıqların Times New Roman, 14 şriftilə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfinin böyük, qalın yazılması;
• məqaləyə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanması və ad verilməsi.
• məqalədə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
• iradlar olan məqalənin düzəlişlər edilmək üçün müəllif(lər)ə göndərilməsi;
• iradlar nəzərə alınaraq yeni redaksiyada tərtib olunmuş məqalənin qəbul olunması üçün müəllifinin təkrar müraciət etməsi;
• mətndə istinad edilən müəllifin ifadəsinin sonunda kvadrat mötərizədə müəllif(lərin)in soyadı, mənbənin nəşr tarixinin [Məmmədov, 2007, s.18] göstərilməsi;
• istifadə edilmiş ədəbiyyat siyahısının əlifba sırası ilə göstərilməsi;
• istifadə edilən ədəbiyyatların müəllifinin, adının, nəşr ilinin və yerinin, ümumi səhifəsinin dəqiq göstərilməsi;
• internet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifinin, məqalənin ya məlumatın başlığının, hiperiqtibas və istinad tarixinin yazılması;
• konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
• məlumatların səhihliyinə və araşdırmanın orjinallığına görə müəllif məsuliyyət daşıyır.
5. Materialın göndərilmə ünvanı
• Elektron ünvan: diyarsunasliqkonfrans2025@gmail.com
6. Konfransın işçi dili:
•Azərbaycan dili
Əlaqələndirici şəxs: t.ü.f.d., dos. Samirə Qasımova
Əlaqə telefon: (+994 50 761 52 51)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.