Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.06.2025 13:24
  • A-
  • A
  • A+

Xaraba Gilan şəhər yerində baş qala qapısı aşkar olunub

Xaraba Gilan şəhər yerində baş qala qapısı aşkar olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya 2 iyun 2025-ci il tarixdən  arxeoloji qazıntılara başlamışdır.

Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində  aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilmişdir.

Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yolları aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, yolun eni 2 m 35 sm-dir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılmışdır. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilmişdir. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinmişdir. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir. Onu da qeyd edək ki, yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1 m 50 sm-dir.

Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunmuşdur. Tikili qalıqların öyrənilməsi zamanı məlum olmuşdur ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalmış, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilmişdir.

Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunmuşdur. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Qısa müddət ərzində arxeoloji ekspedisiyasının əldə etdiyi tapıntılar Naxçıvanın tarixi əhəmiyyətindən xəbər verir.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: