Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.
Budəfəki proqram Azərbaycanın ilk qadın violonçel ifaçısı, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadənin yaradıcılığına həsr olunub.
Akademik Rafael Hüseynov Şərq ölkələrinin mədəniyyətində, incəsənətində adını ilklər sırasına yazdırmağa müvəffəq olmuş Nəzmiyyə Abbaszadənin 1945-ci ildə anadan olduğunu, 7 yaşından musiqi məktəbinə getdiyini bildirib. O, Nəzmiyyə Abbaszadənin 1968-ci ildən özünün də tələbəsi olduğu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllimlik etdiyini söyləyib. Qeyd edib k, minlərlə tələbəsi olan görkəmli ifaçının yetirmələri ən mötəbər yarış və beynəlxalq müsahibələrdə laureat olaraq, uğurları ilə müəllimlərini sevindiriblər.
“Professor Nəzmiyyə Abbaszadə bu gün də Bakı Musiqi Akademiyasında ağır sanbalını ləyaqətlə daşıyanların ən birincilərindəndir”, - deyən akademik Rafael Hüseynov onun bütün həyatının musiqi ilə bağlı olduğunu vurğulayıb. onun öyrənib öyrətməkdə keçən ömrünün
Qeyd olunub ki, səmimi, gülərüz və mehriban insan Nəzmiyyə Abbaszadə qadın simli kvartetinin yaradıcılarından biridir. O, 2008-ci ildə ölkə başçısının müvafiq Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.