Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Arif Həşimov: "Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı" kitabında AMEA-nın yaranma və inkişaf tarixinin bir sıra əlamətdar hadisələri işıqlandırılıb”
01.10.2025 17:47
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov: "Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı" kitabında AMEA-nın yaranma və inkişaf tarixinin bir sıra əlamətdar hadisələri işıqlandırılıb”

AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış və yenicə çapdan çıxmış "Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı" kitabında fəaliyyətini dövrünün real şəraitinə uyğun olaraq həyata keçirən AMEA-nın yaranma və inkişaf tarixinin bir sıra əlamətdar hadisələri işıqlandırılıb.

Bunu AMEA-nın akademik-katibi akademik Arif Həşimov XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunmuş “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbirdə çıxışı zamanı bildirib.

Akademik Arif Həşimov diqqətə çatdırıb ki, müəllifi olduğu nəşrdə XX əsrin ilk illərində elmi bir qurum kimi formalaşan Akademiyanın tarixi zərurət və elmi tələblərdən doğan təşəkkül prosesi, onun keçdiyi inkişaf mərhələləri və ölkənin elmi həyatındakı əhəmiyyəti təhlil edilib.

AMEA-nın akademik-katibi kitabda, həmçinin elmi-təşkilati inkişaf, aparılmış islahatlar, Elmlər Akademiyasının strukturu, tanınmış elm və ictimai xadimlərinin fikirləri, formalaşan elmi məktəblər haqqında məlumatların da yer aldığını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: