Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
10.10.2025 14:40
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib” başlıqlı icmal təqdim edilib.

Bugünkü buraxılışın ilk səhifələrində Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirinə, AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Krallığının Milli Kitabxanası ilə əməkdaşlıq memorandumunun imzalanma mərasiminə və Azərbaycan Milli Elmlər Akademiyası və AR Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və cərrah, ictimai-siyasi xadim, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbirinə dair yazılar geniş işıqlandırılıb.

Bundan əlavə, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir və AMEA-da “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı haqqında informasiyalar bu nömrədə yer alıb.

Qəzetin bu sayında, “Türk dünyası” rubrikası altında AMEA-nın elmi müəssisələrindən alimlərin beynəlxalq layihə və konfranslarda iştirak məqsədilə səfərlərinə və görüşlərə dair xəbərlər və 2025-ci ilin Nobel mükafatçıları haqqında məlumatlar verilib.

Həmçinin bu buraxılışda görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən “Azərbaycan şərqşünaslıq elminin unudulmaz siması” adlı məqalə, Həsən bəy Zərdabinin Tiflis mühitində irsinə dair kitab haqqında yazı və digər məqalələr  təqdim edilib. 

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyanın ötən həftə elmi-təşkilati fəliyyətini əks etdirən informasiyalar və Qarabağda həyata keçirilən elmi-təqdiaqtlara dair məqalə dərc edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: