Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

16.12.2025 10:45
  • A-
  • A
  • A+

Hüseyn Cavidin irsinin təbliği məqsədilə qiraət müsabiqəsi keçirilib

Hüseyn Cavidin irsinin təbliği məqsədilə qiraət müsabiqəsi keçirilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin zəngin poeziya irsinin məktəblilər arasında təbliği məqsədilə qiraət müsabiqəsi təşkil olunub.

Tədbiri giriş sözü ilə Hüseyn Cavidin Ev Muzeyinin direktor v.m.i.e., filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova açaraq qonaqları salamlayıb. Daha sonra qiraət müsabiqəsində iştirak edən Məzahir Məmmədov adına 37 nömrəli və Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəblərin şagirdləri dahi ədibin “Qadın”, “Qız məktəbində”, “Görmədim”, “Arifin monoloqu”, “Bahar”, “İlk bahar”, “Çoban türküsü”, “Mənim Tanrım”, “Dəniz tamaşası”, “H.Z.Tağıyevin yardımı münasibətilə”, “Peyğəmbər” əsərindən bir parça və s. müxtəlif əsərlərindən parçalar səsləndiriblər.

Tədbirin sonunda iştirakçılar təşəkkürnamə ilə təltif olunublar və kitablar hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: