Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.04.2016 10:22
  • A-
  • A
  • A+

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti RSXM-də seysmoloji materialların müasir üsullarla emalına dair təqdimatla çıxış edib

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti RSXM-də seysmoloji materialların müasir üsullarla emalına dair təqdimatla çıxış edib

Bakıda səfərdə olan ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmoloji materialların müasir üsullarla emalına dair təqdimatla çıxış edib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən və peyk rabitəsi ilə işləyən seysmik stansiyalar ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalıdır. Həmin stansiyalar vasitəsilə əldə olunan məlumatların emalında müasir proqramlardan istifadə edildiyini söyləyən Q.Yetirmişli RSXM-lə "Kinemetriks" şirkəti arasında bu sahədə mövcud əlaqələrdən danışıb. 

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti O.Kuraica Azərbaycanda seysmoloji materialların təhlilinin ən müasir səviyyədə aparıldığını bildirib. O,  "Kinemetriks" şirkətinin fəaliyyəti, istehsal etdiyi avadanlıqlar və onların iş mexanizminə dair təqdimatla çıxış edib.

Sonda O.Kuraica gənc mütəxəssislərin suallarını cavablandırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: