Qüdsdə yerləşən Yerusəlim İvrit Universitetinin alimləri yazılı rəqəmlərdən minilliklər əvvəl formalaşmış riyazi düşüncənin ən qədim nümunələrini tapıblar.
Belə ki, tədqiqatçılar qədim Mesopotamiya ərazisində Xalaf mədəniyyətinə aid eramızdan əvvəl təxminən 6200–5500-cü illərə aid tapıntılar aşkarlayıblar. 700-dən çox keramik qabı təhlil edən alimlər gil qab qalıqları üzərində təkrarlanan bitki və çiçək naxışlarında 4, 8, 16, 32 və 64 kimi ardıcıllıqlar tapıblar. Tədqiqatçıların fikrincə, bu ədədlər insanların say və məkan bölgüsü anlayışını vizual şəkildə dərk etdiyini göstərir.
Bu tapıntı riyazi və abstrakt düşüncənin yazıdan çox əvvəl insan mədəniyyətinin bir hissəsi olduğunu göstərir.