Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.04.2016 09:20
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Şamaxı Astrofizika Rəsədxanasında seçilmiş qalaktikaların müşahidəsini aparıblar

Rusiyalı alimlər Şamaxı Astrofizika Rəsədxanasında seçilmiş qalaktikaların müşahidəsini aparıblar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən P.Şternberq adına Dövlət Astronomiya İnstitutunun əməkdaşları - fizika–riyaziyyat elmləri namizədləri V.Oknyansky və B.Artamonov AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi ezamiyyətdə olublar.

Ezamiyyət müddətində qonaqlar bu elm müəssisəsinin 2m-lik teleskopunda üç gecə ərzində seçilmiş qalaktikaların müşahidəsini aparıblar. Rəsədxananın teleskoplarında alınan materialların keyfiyyətindən razı qalan qonaqlar gələcəkdə də əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə, rusiyalı alimlər rəsədxananın əməkdaşları qarşısında “The curtain is still open: NGC 2617 remains in a high state” və “Gravitational lenses” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: