Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın təşkilatçılığı ilə məktəblilər arasında Azərbaycan dili üzrə Olimpiada keçiriləcək
17.02.2026 11:50
  • A-
  • A
  • A+

AMEA-nın təşkilatçılığı ilə məktəblilər arasında Azərbaycan dili üzrə Olimpiada keçiriləcək

19 fevral saat 10:00-da 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksində bu məktəbin 9–10-cu sinif şagirdləri üçün Azərbaycan dili üzrə Olimpiada keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin saflığını qorumaq, onu norma və qaydalara uyğun şəkildə mənimsəmək hər birimizin borcudur. Bu olimpiada ana dilimizin zənginliyini daha dərindən öyrənmək, dil biliklərinizi sınamaq və özünüzü təqdim etmək üçün əla imkandır!

Sizi nələr gözləyir?

- Azərbaycan dili üzrə bilik və bacarıqların yoxlanılması;

- Dilimizin norma və qaydaları üzrə maraqlı tapşırıqlar;

- Özünü sübut etmək və fərqlənmək imkanı;

- Qaliblərə diplom və dəyərli hədiyələr;

- Xüsusi təltifolunma mərasimi.

Bu olimpiada sadəcə bir yarış deyil. Bu, ana dilimizə sevginin, hörmətin və sədaqətin təntənəsidir! Ana dilini sevən, onun keşiyində dayanmağa hazır olan 132–134 nömrəli Təhsil Kompleksinin 9–10-cu sinif şagirdlərini bu olimpiadada iştirak etməyə dəvət edirik! Gəlin, dilimizin gücünü birlikdə nümayiş etdirək! Çünki Azərbaycan dili  bizim qürurumuzdur!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: