Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mərkəzi Elmi Kitabxana növbəti respublika elmi konfransı təşkil edir
17.03.2026 13:15
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana növbəti respublika elmi konfransı təşkil edir

5 may 2026-cı il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı keçiriləcək.

Konfransda iştirak etmək istəyən tədqiqatçılar və mütəxəssislər aşağıdakı istiqamətlər üzrə məqalələr təqdim edə bilərlər:

- Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu;

- Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması;

- Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə;

- Korporativ elektron kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi.

Konfrans materialları 18 mart – 20 aprel 2026-cı il tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfransmek@gmail.com ünvanına təqdim edilməlidir. Konfrans haqqında ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, konfrans materialları jurnal formasında AMEA Mərkəzi Elmi Kitabxanasının rəsmi saytında yerləşdiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: