Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda respublika elmi konfransı keçiriləcək
27.04.2026 14:58
  • A-
  • A
  • A+

Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda respublika elmi konfransı keçiriləcək

28-29 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli "2026-cı ilin Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransı keçiriləcək.

Konfransın açılış mərasimi 28 aprel 2026-cı il tarixində saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.

(Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 129)

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev və RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli açılış nitqi ilə çıxış edəcəklər. Açılışda həmçinin şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri, alimlər və mütəxəssislər iştirak edəcəklər.

Bütün media nümayəndələrini açılış mərasiminə dəvət edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: