Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq yaradılmış “Enterprise Azerbaijan” portalı çərçivəsində həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” proqramı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında infosessiyanın keçirilməsi nəzərdə tutulur.
İnfosessiyanın əsas məqsədi Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən gənc tədqiqatçıların, innovativ ideya müəlliflərinin və startap təşəbbüslərinin sözügedən proqram barədə ətraflı məlumatlandırılması, onların proqramda fəal iştirakının təşviq edilməsidir.
Tədbir çərçivəsində “Startup School 4” proqramının imkanları, iştirak qaydaları, beynəlxalq mentorluq və investisiya hazırlığı mərhələləri, eləcə də proqramın yekun mərhələsi olan “Demo Day” haqqında ətraflı təqdimat həyata keçiriləcəkdir.
İnfosessiya 30 aprel 2026-cı il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq.
Tədbirə təhsil şöbələrinin müdirləri, Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri və innovasiya və startap fəaliyyətinə maraq göstərən fəal gənc tədqiqatçılar dəvət olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.