Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Keçmişin sədası” sərgisi keçiriləcək
04.09.2026 11:15
  • A-
  • A
  • A+

“Keçmişin sədası” sərgisi keçiriləcək

8–11 sentyabr tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-Sərgi zalında “Keçmişin sədası” adlı sərgi keçiriləcək.

Sərgidə gənc rəssamların əsərləri vasitəsilə qədim arxeoloji irsin və sənətin vəhdəti təqdim olunacaq.

Tarixin unudulmaz izləri, qədim arxeoloji incilər və sənətin ecazkar dili bir arada!

Sərgiyə giriş sərbəstdir.

Hər kəsi “Keçmişin sədası” sərgisini ziyarət etməyə dəvət edirik.

Tarix danışır, sən də dinlə!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: