Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
11.09.2026 13:35
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm qəzetinin sentyabr ayında ilk nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmanı və “Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” Sərəncamı yer alıb.

Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə AMEA-da Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfrans, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evində AMEA alimlərinin "Elm, ədəbiyyat və sosial həyat" adlı ədəbi-bədii tədbiri, AMEA-da XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu və ilk insan məskənlərindən biri olan Azıx mağarasını ziyarətlə bağlı yazılar təqdim olunub.

Bu sayda akademik İsa Həbibbəylinin Bolqarıstan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Evelina Slavçeva və həmin akademik qurumun Rəyasət Heyətinin üzvləri ilə, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelə və UNESCO Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenanla görüşlərinə dair informasiyalar, həmçinin Çin Xalq Respublikasının Hebey Dövlət Pedaqoji Universitetinin Elmi Şurası tərəfindən həmin ali təhsil ocağının fəxri professoru seçilməsi münasibətilə akademik İsa Həbibbəylinin ünvanına göndərilən məktub yer alıb.

Bundan əlavə, nəşrdə “Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır” və “Şərqşünaslıq İnstitutunda Qırğızıstanla bağlı elmi tədqiqatlar genişləndirilir” sərlövhəli açıqlamalar, “Alimlik, ziyalılıq və vətəndaşlıq örnəyi”, “İlandağ daş salnaməsinin sirri açılır” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində «От бурового станка к цифровому двойнику» ("Qazma qurğusundan rəqəmsal əkizə doğru”) adlı aktual müsahibə, həmçinin Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: