AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevaya həsr olunmuş məqaləsi ərəbdilli mediada - Misirin alameltanmya.com (Qlobal inkişaf) və ərəb-Afrika regionunu əhatə edən africaface.net (Afrikanın siması) saytlarında yayımlanıb.
Məqalədə Azərbaycan və ərəb dünyası arasındakı tarixi-mədəni körpülərdən bəhs edilir və professor Aida İmanquliyevanın bu istiqamətdə ədəbi-mədəni əlaqələr probleminin nəzəri tədqiqi sahəsində xidmətləri ilə yanaşı, onun bu yöndə aparılan elmi işlərin təşkilində və istiqamətləndirilməsində fəal iştirakı da göstərilir. Yazıda ərəbşünas alimin məhcər ədəbiyyatını Azərbaycan ərəbşünalığınqda ilk dəfə sistemli tədqiqat obyektinə çevirməsi qeyd edilir, bundan əlavə ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələrə və Azərbaycan-ərəb ədəbi əlaqələrinin ayrıca elmi problem kimi formalaşdırılmasındakı müstəsna roluna diqqət çəkilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.