AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, İrs komissiyasının sədri Sona Xəyalın transfoneliterasiya edib əlavələrlə nəşrə hazırladığı “Nişat Şirvani. Əsərlər” kitabı işıq üzü görüb.
Kitabda yer alan ön sözün müəllifi S.Xəyaldır.
Monoqrafiyada XVIII əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi, Füzuli ədəbi məktəbinin davamçısı Nişat Şirvaninin müxtəlif mövzuda və janrlarda yazdığı əsərləri, həm müasirlərinin, həm də çağdaş şairlərin onun şeirlərinə yazdıqları nəzirələr və təzminlər toplanmışdır. Kitab N.Şirvaninin 330 illik yubileyinə hədiyyə olaraq nəşrə hazırlanmışdır.
Qeyd edək ki, ilk nəşrin tərtibçisi azərbaycanlı şair, ədəbiyyatşünas, biblioqraf və mətnşünas Salman Mümtaz, təkmilləşdirilmiş yeni nəşrin redaktoru Hacı Rauf Şeyxzamanlı, rəyçiləri fil.e.d., dosent Nəsib Göyüşov, fil.ü.f.d., dosent Əli Məmmədbağıroğlu və Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.