Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2026 14:30
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Naxçıvan Bölməsində keçirilən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi şurasının növbəti iclasında 2026-ci ilin nəticələri müzakirə olunub. 

İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmə əməkdaşlarının nəşr edilmiş kitab, monoqrafiya və məqalələri, laborantların fəaliyyətləri, şöbələrin komplektləşdirilməsi və kadr hazırlığına diqqətin artırılması kimi məsələlərdən danışıb. 

İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov institut əməkdaşlarının 2026-cı il ərzində yerinə yetirdiyi göstəriciləri nəzərə çatdırıb.

Qeyd edilib ki, 2026-cı ildə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Naxçıvan tarixinin tədqiqi” istiqaməti, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi tarixinin öyrənilməsi” problemi, “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin tədqiqi” mövzusu ətrafında 7 iş üzrə 16 mərhələdə elmi-tədqiqat işləri aparılıb. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə 16 nəfər elmi işçi məşğul olub.

Bildirilib ki, il ərzində əməkdaşlar respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda, həmçinin bölmə və muxtar respublika miqyasında keçirilən elmi, sosial-siyasi və mədəni tədbirlərdə yaxından iştirak edib, müxtəlif media orqanlarında çıxış ediblər. Vurğulanıb ki, 2026-cı ildə institut əməkdaşlarının 148 elmi əsəri (5 monoqrafiya, 2-si həmmüəllif, 3 kitab 1-i həmmüəllif), 140 elmi məqaləsi (2-si Scopus bazasında, 4-ü Web of science indeksli, 44-ü xaricdə, 47 konfrans materialı), 23 qəzet məqaləsi nəşr olunub.

İclasda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev,  AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək institut əməkdaşlarının ilboyu əldə etdikləri göstəriciləri yüksək qiymətləndiriblər.

İclasa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: