Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xaqani Şirvani irsinin öyrənilməsi istiqamətində yeni elmi araşdırmalar aparılır
25.11.2026 15:16
  • A-
  • A
  • A+

Xaqani Şirvani irsinin öyrənilməsi istiqamətində yeni elmi araşdırmalar aparılır

İl ərzində həm ölkəmizdə, həm də xaricdə Əfzələddin Xaqaninin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilib, alimlər tərəfindən bu istiqamətdə elmi tədqiqatlar aparılıb.

Bunu “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev “Xaqani Şirvani və İraq” mövzusunda elmi müzakirədə deyib.

Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışan Orxan İsayev qeyd edib ki, Xaqani ilə bağlı hələ sovet dövründə də ciddi elmi araşdırmalar mövcud idi. Lakin Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra Xaqani Şirvani irsinə yeni aspektlərdən yanaşmalar müşahidə edildi. Bu gün keçirdiyimiz müzakirə də məhz bu tədbirlər sırasındadır. İraq Xaqani Şirvaninin həyat və yaradıcılığında xüsusi rola malikdir. Təsadüfi deyil ki, mütəfəkkir şairin ən böyük əsərlərindən biri İraqa aiddir və “Töhfətül-İraqeyn” adlanır.

AzərTac

  • Paylaş: