Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

2018-ci ildə süni mədəaltı vəzin istifadəsi mümkün olacaq
04.07.2016 11:35
  • A-
  • A
  • A+

2018-ci ildə süni mədəaltı vəzin istifadəsi mümkün olacaq

Kembricdən olan tədqiqatçılar qrupu tərəfindən süni mədəaltı vəzin hazırlanması istiqamətində işlər davam etdirilir.

Süni mədəaltı vəz diabetdən əziyyət çəkən insanlara şəkərin səviyyəsinin mütəmadi yoxlanılmasından və inyeksiyaların istifadəsindən imtina etməyə imkan verəcək. 2018-ci ildə istifadəyə veriləcək bu cihaz diabetin yalnız bir növündən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Belə ki, cihaz sərbəst şəkildə qlükozanın qatılığını müəyyənləşdirərək orqanizmə lazımi miqdarda insulin yeridəcək.

Alimlərin sözlərinə görə, yeridilən insulinin miqdarı gündəlik rasion, fiziki aktivlik və bir sıra digər amillərdən asılıdır. Qeyd olunub ki, hipoqlikemiya və hiperqlikemiyanı vaxtında aşkarlamaq və şəkərin səviyyəsini tənzimləmək məqsədi ilə xəstələr qanda qlükozanın qatılığını daim nəzarətdə saxlamalıdırlar. Yeni cihazın sınaq prosesində iştirak edən könüllü xəstələr artıq şəkərin müntəzəm monitorinqindən azad edildiklərini bildiriblər.

Hazırda diabetli xəstələrə beta-hüceyrələrin köçürülməsi və mədəaltı vəzinin bütövlüklə transplantasiyası təklif edilir. Bu cür əməliyyatlar xəstələrin vəziyyətini yaxşılaşdırmağa qadir olsa da onları immunosupressantlardan asılı qoyur. Süni mədəaltı vəzinin quraşdırılmasından sonra isə bu cür preparatların istifadəsi tələb olunmayacaq.

www.korrespondent.net/tech

  • Paylaş: